Ajans.az xəbər verir ki, bu barədə Demirören xəbər agentliyi məlumat yayıb.
Məlumata görə, yanğın ötən axşam başlayıb. Alovun söndürülməsi üçün əraziyə yanğınsöndürmə təyyarələri, helikopterlər və çoxsaylı yerüstü qüvvələr cəlb edilib.
Muğla valisi İdris Akbıyık bildirib ki, təhlükəsizlik məqsədilə fəlakət zonasından 1 120 nəfər təxliyə olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam edir. Hadisənin başvermə səbəbi isə hələlik müəyyən edilməyib.
© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.