Çərşənbə, İyul 15, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Amal qəzadan 2 saat 7 dəqiqə sonra ölüb – ŞOK DETALLAR bilindi

15/07/2026 14:39
CƏMİYYƏT
41 2
Amal qəzadan 2 saat 7 dəqiqə sonra ölüb – ŞOK DETALLAR bilindi
54
Baxış sayı

2025-ci ildə baş verən yol-nəqliyyat hadisəsinə görə ötən ay 5 il 2 ay müddətinə azadlıqdan məhrum edilən tiktoker İlduzə Hacıyevanın məlum qəzası ilə bağlı bir sıra maraqlı detallar üzə çıxıb.

Gündəm24.az xəbər veirr ki, bu faktlar iyunun 7-də başa çatan məhkəməyə təqdim olunan ekspertiza rəyləri əsasındadır.

Sözügedən qəzanın gündəmdə qaldığını, kifayət qədər müzakirələrə səbəb olduğunu nəzərə alaraq, həmin ekspert rəylərini təqdim edirik.

Məlum olduğu kimi, qəza gecə saat 00:53 radələrində baş verib. Ekspert rəyində isə qeyd olunur ki, Amal Məlikovun ölümü saat 03:00-da, yəni qəzadan 2 saat 7 dəqiqə sonra baş verib. Amal Məlikovun ölümünə yol-nəqliyyat hadisəsi zamanı almış olduğu travma kompleksi nəticəsində baş-beyin toxumasına və beynin yumşaq qişasına geniş qansızmalar səbəb olub.

Qəzadan 41 dəqiqə sonra isə İlduzə Hacıyeva xəstəxanda olub, ona ilkin tibbi yardım göstərildikdən qısa müddət sonra oradan ayrılıb və daha sonra hava limanına yollanaraq ölkəni tərk edib.

İlduzə Hacıyeva Amalın idarə etdiyi “Mercedes” markalı avtomobilin onun idarəetməsində olan “Changan” markalı maşına dəymədiyini iddia etsə də, ekspertiza nəticəsində onun dedikləri təkzib olunub.

Belə ki, tədqiqat üçün avtomobillərdən həm zədələnməmiş örtüyündən, həm də avtomobilin zədə almış hissəsindən lak-boya nümunələri götürülüb.

Ekspert rəyindən məlum olub ki, “Mercedes Benz” markalı avtomobilin arxa sağ təkərinin üst hissəsində ağ rəngli fraqment şəklində lak-boya hissə aşkar olunub. Bu boya isə “Changan”ın ön solqanad hissə ilə bufer hissəsinə kəsişməsində aşkar olunmuş lak-boya ilə eynilik təşkil edib.

Həmçinin iş materiallarında olan DVD diskdə olan videogörüntüdən də müəyyən edilib ki, avtomobillər toxunma nəticəsində istiqamətini dəyişib. Bu hal təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlinin faktiki halları ilə üst-üstə düşən və onun təqsirliliyini təsdiq edən mötəbər sübut kimi qəbul olunub.

O da dəqiqləşib ki, İlduzə Hacıyeva dönmə əməliyyat edən zaman Amal Məlikovun idarə etdiyi avtomobillə onun arasında 29 metr məsafə olub. Bu zaman Amal Məlikovun avtomobilinin sürəti 100 km/saat təşkil edib.

Qeyd olunub ki, İlduzə Hacıyeva təhlükə yarandığını görməsinə baxmayaraq, günlük icarə əsasında idarə etdiyi “Changan” markalı avtomobilin sürətini tam dayanma həddinə qədər azaltmayıb. O, həmin avtomobilin onu ötüb keçməsini gözləmədən dönmə manevrli hərəkətini davam etdirib.

Bu işdə ən çox müzakirə olunan məsələlərdən biri də İlduzə Hacıyevadan barışıq üçün tələb olunan məbləğdir. Məlum olub ki, hadisə nəticəsində digər zərərçəkmiş, Amal Məlikovun həyat yoldaşı Sənubər Muradova eşitmə qabiliyyətini itirib. Bu fakt iş materiallarında da öz təsdiqini tapıb.

Elə buna görə də, Sənubər Muradova İlduzə Hacıyevaya qarşı mülki qaydada iddia qaldıraraq, müayinə və müalicə ilə bağlı ödədiyi 2103 manat, apteklərdən dərmanların alınmasına görə ödədiyi 609 manat, “Koxlear implantasiya” əməliyyatının keçirilməsi və hər iki qulağına qoyulacaq iki ədəd eşitmə cihazının qiyməti olan 102 000 manat ona ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edib.

Sənubər Muradovanın mülki iddia ərizəsində tələb etdiyi məbləğ üzrə kifayət qədər təsdiqedici sübutları məhkəməyə təqdim etmədiyindən, əlavə araşdırmalar məhkəmə baxışının həddindən artıq uzanmasına səbəb ola bildiyindən, onun İlduzə Hacıyevaya qarşı maddi ziyan tələbinə dair mülki iddiası baxılmamış saxlanılıb. Məhkəmə belə qərara gəlib ki, Sənubər Muradovaya mülki mühakimə icraatı qaydasında Hacıyeva İlduzə Elmar qızına qarşı iddia vermək hüququ izah edilməlidir.//Xitab24.az

Oxşarxəbərlər

Deputatın Telegram hesabı ƏLƏ KEÇİRİLDİ
CƏMİYYƏT

Deputatın Telegram hesabı ƏLƏ KEÇİRİLDİ

15/07/2026 14:26
55
Ayı Xocalıda evin həyətinə girdi – Yeyib-içib geri qayıtdı-Video
CƏMİYYƏT

Ayı Xocalıda evin həyətinə girdi – Yeyib-içib geri qayıtdı-Video

15/07/2026 14:23
52
Sumqayıt sahilində təmizlik işləri aparılıb
CƏMİYYƏT

Sumqayıt sahilində təmizlik işləri aparılıb

15/07/2026 14:19
54
“Kompleksim olsaydı, bu reklama çəkilməzdim”
CƏMİYYƏT

“Kompleksim olsaydı, bu reklama çəkilməzdim”

15/07/2026 14:13
51
Qərbi Azərbaycanla bağlı yeni tədqiqat – FOTO
CƏMİYYƏT

Qərbi Azərbaycanla bağlı yeni tədqiqat – FOTO

15/07/2026 13:54
51
Yeni qoyulmuşdu, artıq sınıb – Sumqayıtda problem
CƏMİYYƏT

Yeni qoyulmuşdu, artıq sınıb – Sumqayıtda problem

15/07/2026 13:40
52

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Bu ölkənin Prezidenti evini SATDI

Bu ölkənin Prezidenti evini SATDI

15/07/2026 15:23
50
“Stimul Hospital”da faciə: Mədəkiçiltmə əməliyyatından sonra pasiyent öldü

“Stimul Hospital”da faciə: Mədəkiçiltmə əməliyyatından sonra pasiyent öldü

15/07/2026 15:19
51
TƏCİLİ! İrəvanın mərkəzində atışma – Nə baş verir?

TƏCİLİ! İrəvanın mərkəzində atışma – Nə baş verir?

15/07/2026 14:57
51
Amal qəzadan 2 saat 7 dəqiqə sonra ölüb – ŞOK DETALLAR bilindi

Amal qəzadan 2 saat 7 dəqiqə sonra ölüb – ŞOK DETALLAR bilindi

15/07/2026 14:39
54

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Qərbi Azərbaycanın memarlıq incisi – Qırmızı körpü

Qərbi Azərbaycanın memarlıq incisi – Qırmızı körpü

15/07/2026 11:37
58

İrəvan xanlığının yadigarı – Dəmirbulaq məscidi

İrəvan xanlığının yadigarı – Dəmirbulaq məscidi

14/07/2026 11:17
60

Şuşadan dünyaya verilən mesaj

Şuşadan dünyaya verilən mesaj

13/07/2026 18:01
59

Göy məscid: İrəvanın mavi incisi və Azərbaycan memarlığının şah əsəri

Göy məscid: İrəvanın mavi incisi və Azərbaycan memarlığının şah əsəri

13/07/2026 09:17
71

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.