ABŞ-nin Florida ştatındakı Tampa şəhəri yaxınlığında yüngülmühərrikli təyyarənin qəzaya uğraması nəticəsində pilot həyatını itirib.
Gündəm24.az Ajans.az-a istinadən xəbər verir ki, bu barədə “CBS News” telekanalı məlumat yaydı.
Məlumata əsasən, aprelin 19-da yerli vaxtla səhər tezdən havaya qalxan “Cessna” markalı hava gəmisi təxminən saat 08:35-də (Bakı vaxtı ilə saat 16:35) hələlik məlum olmayan səbəblərdən yerə çırpılıb. Təyyarənin yaşayış evinin arxa həyətinə düşməsi nəticəsində yanğın başlayıb, binanın özünə isə cüzi ziyan dəyib.














