Çərşənbə axşamı, Oktyabr 20, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Üç övladı olanların NƏZƏRİNƏ: 420 manat ala bilərsiniz – YENİ QAYDA

07/09/2026 09:00
CƏMİYYƏT, Manşet
793 42
Üç övladı olanların NƏZƏRİNƏ: 420 manat ala bilərsiniz – YENİ QAYDA
691
Paylaşım sayı
960
Baxış sayı

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişiklik qəbul edilərsə, həmin ailələr üçün əlavə sosial dəstək mexanizmlərinin tətbiqi mümkün olacaq.

Artıq sözügedən təklif Milli Məclisə təqdim olunub. Mövcud meyarın dəyişdirilməsi hansı imkanlara şərait yaradacaq?

Gündəm24.az  xəbər verir ki, globalinfo.az-a danışan iqtisadçı Asif İbrahimov deyib ki, bu təklif ölkənin demoqrafik siyasətinə yenidən baxılması baxımından mühüm addımdır:

“Hazırda 5-dən çox övladı olan qadınlara hər uşağa görə aylıq 140 manat müavinət ödənilir. Bu hüquq altıncı uşağın 1 yaşı tamam olduqdan sonra yaranır və 18 yaşı tamam olan ayın sonunadək davam edir. Yəni mövcud sistemdə dövlət dəstəyindən yararlanmaq üçün ailənin ən azı 6 uşağının olması tələb olunur. Təklif olunan dəyişiklik isə bu yanaşmanı əhəmiyyətli dərəcədə dəyişə bilər. 3 və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması, hər birinə görə sosial ödəniş imkanının yaradılması, həmçinin uşaqların sayından asılı olaraq pensiya yaşının 3, 4 və 5 il azaldılması nəzərdə tutulur”.

İqtisadçı bildirib ki, burada əsas məsələ üçüncü uşağın ailə üçün yaratdığı əlavə iqtisadi yükün dövlət tərəfindən nə dərəcədə kompensasiya olunmasıdır:

“Üçüncü uşaq ailənin yalnız ərzaq və geyim xərclərini artırmır. Mənzil, təhsil, səhiyyə, nəqliyyat və uşaq baxımı ilə bağlı əlavə xərclər yaranır, eyni zamanda valideynlərin əmək bazarında iştirak imkanlarına da təsir göstərə bilir. Ona görə də məqsəd doğum səviyyəsinin artırılmasıdırsa, yalnız aylıq müavinətlə kifayətlənmək olmaz. Kompleks ailə siyasəti formalaşdırılmalıdır. Buraya uşağa görə ödənişlə yanaşı vergi güzəştləri, mənzil dəstəyi, məktəbəqədər təhsil imkanlarının genişləndirilməsi, çoxuşaqlı ailələr üçün nəqliyyat və kommunal güzəştlər kimi mexanizmlər də daxil edilməlidir.

Digər tərəfdən, belə bir siyasətin dövlət büdcəsinə yaradacağı maliyyə yükü də nəzərə alınmalıdır. Bu baxımdan mərhələli keçid iqtisadi cəhətdən daha əsaslandırılmış yanaşmadır. Lakin mərhələlilik sosial dəstəyin qeyri-müəyyən müddətə təxirə salınmasına çevrilməməlidir. Dövlət əvvəlcədən konkret yol xəritəsi müəyyən etməlidir. Məsələn, birinci mərhələdə 5 və daha çox, ikinci mərhələdə 4 və daha çox, üçüncü mərhələdə isə 3 və daha çox uşaqlı ailələrin sistemə daxil edilməsi nəzərdə tutula bilər. Hər mərhələnin müddəti və maliyyə təminatı əvvəlcədən açıqlanmalıdır”.

Ekspert qeyd edib ki, ən mühüm məsələ müavinətin məbləğidir:

“Hazırda 5-dən çox uşağı olan qadınlara hər uşağa görə 140 manat ödənilir. 2018-ci ildə bu məbləğ 33 manat olduğu halda, 2025-ci ildə 140 manata yüksəlib. Lakin inflyasiya və ailələrin real xərcləri nəzərə alınmadan yalnız nominal artım əsasında sosial siyasətin effektivliyini qiymətləndirmək düzgün deyil.

3 uşaqlı ailələrin çoxuşaqlı ailə kimi tanınması yalnız müavinət məsələsi kimi müzakirə edilməməlidir. Çoxuşaqlı ailələrə dövlət dəstəyi ilə bağlı vahid yanaşma formalaşdırılmalı, ailələrin uşaqların sayından asılı olaraq əldə etdiyi sosial, vergi, mənzil, təhsil və pensiya hüquqları sistemli şəkildə birləşdirilməlidir”.

Oxşarxəbərlər

Hərbi xidmətdə bu qaydanı pozanlar cərimə ediləcək
CƏMİYYƏT

Hərbi xidmətdə bu qaydanı pozanlar cərimə ediləcək

20/10/2026 12:29
953
Rəis qəfil vəfat etdi – FOTO
Hadisə

Rəis qəfil vəfat etdi – FOTO

20/10/2026 11:39
961
Məleykə Abbaszadə səssizliyi pozdu: “Əvvəl niyə…”
Elm və təhsil

Məleykə Abbaszadə səssizliyi pozdu: “Əvvəl niyə…”

20/10/2026 11:10
958
Respublika Psixiatriya xəstəxanasında ölüm…
Hadisə

Respublika Psixiatriya xəstəxanasında ölüm…

20/10/2026 11:01
960
Ağır yol qəzası: ölən və yaralanan var
Hadisə

Ağır yol qəzası: ölən və yaralanan var

20/10/2026 10:27
953
Bakıda çıxarışsız evlərə sənəd almaq mümkün olacaq?
CƏMİYYƏT

Bakıda çıxarışsız evlərə sənəd almaq mümkün olacaq?

20/10/2026 10:12
955

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Hərbi xidmətdə bu qaydanı pozanlar cərimə ediləcək

Hərbi xidmətdə bu qaydanı pozanlar cərimə ediləcək

20/10/2026 12:29
953
Rəis qəfil vəfat etdi – FOTO

Rəis qəfil vəfat etdi – FOTO

20/10/2026 11:39
961
Məleykə Abbaszadə səssizliyi pozdu: “Əvvəl niyə…”

Məleykə Abbaszadə səssizliyi pozdu: “Əvvəl niyə…”

20/10/2026 11:10
958
Respublika Psixiatriya xəstəxanasında ölüm…

Respublika Psixiatriya xəstəxanasında ölüm…

20/10/2026 11:01
960

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Qərbi Azərbaycanın Başköy kəndi – tarixin izlərini yaşadan yurd

Qərbi Azərbaycanın Başköy kəndi – tarixin izlərini yaşadan yurd

20/10/2026 08:20
957

QAİ Sumqayıt nümayəndəliyində 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü qeyd olunub

QAİ Sumqayıt nümayəndəliyində 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü qeyd olunub

19/10/2026 18:06
980

Rusiya Müdafiə Nazirliyindən açıqlama: Ukraynada bir sıra strateji obyektlərin vurulduğu bildirilir

Rusiya Müdafiə Nazirliyindən açıqlama: Ukraynada bir sıra strateji obyektlərin vurulduğu bildirilir

19/10/2026 10:05
998

QƏRBİ AZƏRBAYCANIN İNCİSİ — İLLİ KƏNDİ

QƏRBİ AZƏRBAYCANIN İNCİSİ — İLLİ KƏNDİ

19/10/2026 08:28
1k

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.