Bazar, Oktyabr 11, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Uşaqlar dərsə odunla gedir, sinifdə ilanlar, yarasalar “qaynaşır”– Göyçay məktəbində SOS (FOTO)

07/10/2026 20:27
CƏMİYYƏT, Manşet
805 25
Uşaqlar dərsə odunla gedir, sinifdə ilanlar, yarasalar “qaynaşır”– Göyçay məktəbində SOS (FOTO)
687
Paylaşım sayı
954
Baxış sayı

Göyçay rayonunun Qızılağac kənd tam orta məktəbində illərdir dəyişməyən mənzərə şagird və valideynlərin ciddi narazılığına səbəb olub. 1960-cı ildə istifadəyə verilən ikimərtəbəli məktəb binası hazırda qəzalı vəziyyətdədir. İstilik sistemi yoxdur, pəncərələr sıradan çıxıb, döşəmə və tavanlar yararsız hala düşüb. Qışda sinifləri qızdırmaq üçün odun yandırılır, uşaqlar növbə ilə məktəbə odun gətirir.

Bu barədə Musavat.com-a məlumat verən məktəbin məzunu Cavid Məhərrəmli deyib ki, 2013-cü ildə bu məktəbi bitirəndə gördüyü problemlərin əksəriyyəti bu gün də qalır. Onun sözlərinə görə, məktəbdə vəziyyət o qədər ağırdır ki, uşaqlar soyuq aylarda dərsə gedərkən çantaları ilə yanaşı, odun da aparmalı olurlar: “2013-cü ildə bu məktəbi bitirmişəm. Oxuduğum dövrdən bu günədək məktəbdəki vəziyyət demək olar ki, dəyişməyib. Tədris ilinin əsas hissəsi payız və qış aylarına düşür, amma məktəbin istilik sistemi yoxdur. Odun alınmasına vəsait ayrılsa da, sinifləri qızdırmaq üçün uşaqlar növbə ilə özləri də odun gətirirlər. Pəncərələr sıradan çıxıb, qışda soyuq içəri dolmasın deyə klyonka ilə bağlanır”.

69ec87d8-5a2d-448d-adf6-b364de9523c7.jpeg (77 KB)

Cavid Məhərrəmlinin sözlərinə görə, problem təkcə istiliklə bitmir. Məktəbin özünün təhlükəsizliyi də sual altındadır. Binanın bəzi hissələri o qədər köhnəlib ki, həmin otaqlara ümumiyyətlə daxil olmaq mümkün deyil: “Bina tamamilə qəzalı vəziyyətdədir, uçmaq təhlükəsi var. Bəzi otaqlara təhlükə daha böyük olduğu üçün ümumiyyətlə girilmir. İstilik sisteminin olmaması, binanın köhnəliyi və ümumi şərait səbəbindən müəllim və şagirdlər il ərzində dəfələrlə xəstələnirlər. Təmizlik də normal şəkildə mümkün deyil. Antisanitar vəziyyət hökm sürür. Sanitar qovşağın vəziyyəti isə, demək olar ki, sıfır səviyyəsindədir”.

e12e8062-8f28-4cbc-a419-1d42b53c5675.jpeg (33 KB)

Məktəbin məzunu hesab edir ki, bu binanı daha təmir etməklə vəziyyətdən çıxmaq mümkün deyil. Onun fikrincə, məktəbin yenidən tikilməsinə ehtiyac var: “İndiki vəziyyətdə məktəbin tədris üçün yararlılığı demək olar ki, yoxdur. Məncə, binanın təmiri artıq mümkün deyil. Aidiyyəti qurumlar gəlib yerində baxsalar, özləri də görəcəklər ki, məktəb fundamental şəkildə yenidən tikilməlidir. Vaxtında əsaslı təmir olunsaydı, bəlkə də bina daha 30-40 il istifadə edilə bilərdi. Amma indi vəziyyət tamam başqadır”.

Qızılağac kəndinin digər sakinləri də redaksiyaya şikayətlırində məktəbin vəziyyətindən narazı olduqlarını dilə gətirdilər. Onların sözlərinə görə, binaya daxil olan kimi ilk diqqəti çəkən mənzərə köhnəlik və baxımsızlıqdır. Qapılar, pəncərələr, döşəmə və tavanlar yararsız vəziyyətdədir. Pəncərələrin sınıq hissələri müxtəlif materiallarla bağlanır. Kənd sakinlərinin bildirdiyinə görə, qışda uşaqlar məktəbə gedərkən özləri ilə odun aparmalı olurlar. Siniflərdə odun yandırılması isə başqa problem yaradır: tüstü otaqlara dolur və uşaqlar dərs zamanı tüstünün içində qalırlar.

47c3bd98-1d7c-4585-8881-fad1689f85e0.jpeg (33 KB)

Şagirdlərin sözlərinə görə, soyuq havalarda sinifdə üst geyimində oturmaq məcburiyyətində qalırlar. Yay aylarında isə məktəbdə ilan, müxtəlif həşərat və yarasaların görünməsi ilə bağlı narazılıqlar var. Bəzi şagirdlər siniflərdə qırxayaq kimi həşəratların gəzdiyini də bildirirlər.

Məktəbin döşəməsi, tavanı və idman zalının da yararsız vəziyyətdə olduğu deyilir. Binanın bəzi hissələrində uçub-tökülmələrin olduğu bildirilir.

Kənd sakinləri bu vəziyyətin uşaqların sağlamlığına və dərsə davamiyyətinə də təsir etdiyini söyləyirlər. Onların sözlərinə görə, imkanı olan valideynlər övladlarını xəstələnməsinlər deyə şəhər məktəblərinə aparırlar. Məktəbdə təhsilini davam etdirən uşaqlar isə soyuq, toz və antisanitar şəraitlə üz-üzə qalırlar.

Qızılağac kənd tam orta məktəbi yalnız kəndin deyil, ətraf yaşayış məntəqələrinin də uşaqlarına xidmət edir. Kürşaban, Kənd Cəyirli, Kürdəmiş və digər kəndlərdən olan şagirdlər də təhsil almaq üçün bu məktəbə gəlirlər.

7645fef9-e7f6-415d-97b8-9cad9570bc7d.jpeg (74 KB)

Kənd sakinləri illərdir davam edən problemin artıq həllini istəyirlər. Onların əsas tələbi uşaqların təhlükəli və yararsız binadan çıxarılaraq normal, təhlükəsiz və müasir məktəblə təmin olunmasıdır.

Məsələ ilə bağlı Mərkəzi Aran Regional Təhsil İdarəsinə sorğu göndərdik. Qurumdan Musavat.com-a bildirilib: “Sorğuya cavab olaraq bildiririk ki, Göyçay rayonu Qızılağac kənd tam orta ümumtəhsil məktəbinin mövcud vəziyyətindən xəbərdarıq. Məktəbin təmir olunması ilə bağlı layihə sənədləri aidiyyəti üzrə təqdim edilib. Məktəbin yenidən tikilməsi nəzərdə tutulur. Qeyd edirik ki, təhsil müəssisələrinin təmiri və tikintisi növbəlilik və prioritetlik prinsipləri əsasında həyata keçirilir”.

Oxşarxəbərlər

İlin Sonunadək Bu BÜRCLƏR VƏZİFƏ SAHİBİ Olacaq
Manşet

İlin Sonunadək Bu BÜRCLƏR VƏZİFƏ SAHİBİ Olacaq

11/10/2026 00:47
1k
Maşın Alanlara və Satanlara VACİB XƏBƏR
Manşet

Maşın Alanlara və Satanlara VACİB XƏBƏR

11/10/2026 00:21
969
“3 günlük ehtiyat görün!” – Kiyevdə təcili tapşırıq
Manşet

“3 günlük ehtiyat görün!” – Kiyevdə təcili tapşırıq

11/10/2026 00:05
971
Paşinyanın Azərbaycan əsgəri ilə bağlı suala verdiyi reaksiya gündəm oldu – Video
Dünya

Paşinyanın Azərbaycan əsgəri ilə bağlı suala verdiyi reaksiya gündəm oldu – Video

10/10/2026 23:53
956
Bakı-Qazax yolunda qəza: Bir nəfər ağır yaralandı
Hadisə

Bakı-Qazax yolunda qəza: Bir nəfər ağır yaralandı

10/10/2026 23:46
955
TƏCİLİ! Türkiyə silkələndi – İstanbulda da…
Dünya

TƏCİLİ! Türkiyə silkələndi – İstanbulda da…

10/10/2026 23:40
957

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

İlin Sonunadək Bu BÜRCLƏR VƏZİFƏ SAHİBİ Olacaq

İlin Sonunadək Bu BÜRCLƏR VƏZİFƏ SAHİBİ Olacaq

11/10/2026 00:47
1k
Maşın Alanlara və Satanlara VACİB XƏBƏR

Maşın Alanlara və Satanlara VACİB XƏBƏR

11/10/2026 00:21
969
“3 günlük ehtiyat görün!” – Kiyevdə təcili tapşırıq

“3 günlük ehtiyat görün!” – Kiyevdə təcili tapşırıq

11/10/2026 00:05
971
Paşinyanın Azərbaycan əsgəri ilə bağlı suala verdiyi reaksiya gündəm oldu – Video

Paşinyanın Azərbaycan əsgəri ilə bağlı suala verdiyi reaksiya gündəm oldu – Video

10/10/2026 23:53
956

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Cənubi Koreya Ukraynadakı səfirini geri çağırdı

Cənubi Koreya Ukraynadakı səfirini geri çağırdı

10/10/2026 08:47
987

PAŞİNYAN BAKIYA GƏLƏCƏK?-politoloqdan SON DƏQİQƏ açıqlaması

PAŞİNYAN BAKIYA GƏLƏCƏK?-politoloqdan SON DƏQİQƏ açıqlaması

09/10/2026 17:35
989

Qərbi Azərbaycan: Xoşkotan kəndi

Qərbi Azərbaycan: Xoşkotan kəndi

09/10/2026 08:25
979

Melonidən seçki gedişi: İtaliyada qaydalar dəyişdi

Melonidən seçki gedişi: İtaliyada qaydalar dəyişdi

08/10/2026 15:25
969

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.