Çərşənbə, İyun 17, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Vardanyanın arvadı üstümüzə DƏSTƏ gətirir – Bakıdan SƏRT CAVAB

17/06/2026 11:16
Siyasət
39 3
Vardanyanın arvadı üstümüzə DƏSTƏ gətirir – Bakıdan SƏRT CAVAB
53
Baxış sayı

Bakıda həbsdə olan keçmiş mifik rejimin “dövlət naziri” Ruben Vardanyanın arvadı Veronika Zonabend Azərbaycana gəlmək istəyir. Xəbər verildiyi kimi, o, bu təşəbbüs çərçivəsində “beynəlxalq qadın humanitar nümayəndə heyəti”nin Bakıya səfərini təşkil etmək niyyətindədir. Zonabend geniş açıqlamasında deyib ki, Vardanyan üç ildən çoxdur ailəsini və yaxınlarını görə bilmir. Onun sözlərinə görə, bu müddətdə Rubenin nəvələri dünyaya gəlib. O, həmçinin həbsdə olan digər 18 erməni qatili də xatırladıb. Eyni zamanda, beynəlxalq ictimaiyyətin laqeydliyindən gileylənib. Sanki əri dissident və ya vicdan məhbusudur.

 

Ruben Vardanyan - ən son xəbərlər və yeniliklər | Medianews.az“Mən Azərbaycan Ombudsmanı xanım Səbinə Əliyevaya və onun ofisinə müraciət edərək, həmin nümayəndə heyətinin Bakıya səfərini, rəsmi görüşü, Umbakı Penitensiar Kompleksində saxlanılan erməni məhbusların ziyarətini və qanunla icazə verilən qaydada ailələrindən bağlamaların, fotoşəkillərin, məktubların və şəxsi əşyaların rəsmi şəkildə ötürülməsini dəstəkləmələrini xahiş edirəm”, – müraciətin sonunda Vardanyanın həyat yoldaşı çağırış edib.
Onu da qeyd edək ki, Ruben Vardanyan 2022-ci ilin oktyabr ayında Rusiya təcavüzünü maliyyələşdirməkdə və Donbasdakı separatçı qrupları dəstəkləməkdə şübhəli bilinərək “Myrotvorets” məlumat bazasına əlavə edilib və Ukrayna sanksiyaları altına düşüb.

Vardanyanın yəhudi arvadının gerçək niyyəti nədir? Niyə israrla Bakıya gəlməyə çalışır və üstəlik, üstümüzə “dəstə” gətirir? Bakıdan ona cavab nə olacaq?

NOCOMMENT.az xəbər verir ki, Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə bildirib ki, Vardanyanın ailəsi və yaxınları beynəlxalq ictimaiyyətin diqqətini cəlb etməyin ən müxtəlif yollarına əl atır. Bunun hər hansı nəticə verməyəcəyini əminliklə söyləyən hüquq müdafiəçisi hesab edir ki, məqsəd Vardanyanın həbsini gündəmdə saxlamaqdır.

 

Çingiz Qənizadə: Hesab edirəm ki, hər kəs mənim Qənimət Zahidi məhkəməyə verib, qələbə qazanmağımdan presedent kimi“Onun ailəsi yaxşı başa düşür ki, Bakıya gəlməklə nəticə dəyişməyəcək. Sadəcə, Vardanyanı digər erməni canilərdən ayırmağa, onun guya siysi məhkum olduğunu təbliğ etməyə çalışırlar. Amma heç bir beynəlxalq hüquq müdafiə təşkilatı belə bir bəyanatla çıxış etməyib. Yalnız ermənipərəst dairələrin çağırışları olub. Çünki Vardanyan təkcə Azərbaycanda qanunları pozmayıb, həm də eyni cinayətlərə Ukrayna ərazisində yol verib. Əgər Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən, Donbas separatizminə qarşı çıxan Qərb dövlətləri Azərbaycana gəldikdə fərqli mövqedən çıxış etsələr, o halda qərəzli davranmış olacaqlar. Yəni Ukraynaya gələndə Vardanyan separatçı və cinayətkardır, Azərbaycanda isə guya siyasi əsirdir. Təbii ki, bu da Avropanın öz dəyərlərinə hörmətsizliyi sayılar. Ona görə də Vardanyanı müdafiə edən ailəsi və ona yaxın kiçik çevrədir”,- deyə Ç.Qənizadə vurğulayıb.

Hüquqşünas hesab edir ki, onun ailəsinin və bir qrup hüquq müdafiəçisinin Azərbaycana gəlişində problem yoxdur, amma bu məsələ siyasi kampaniya xarakteri daşıyacaq: “Bu adam Rusiya vətəndaşı olub, Azərbaycan ərazisinə qanunsuz şəkildə daxil olub. Həmin müddətdə sülhməramlı qüvvələrin himayəsi altında Azərbaycana hədyanlar səsləndirib, dinc erməniləri silahlı mübarizəyə çağırıb və təslim olmamaqdan dəm vurub. Belə bir terrorçu fəaliyyəti olan, Rusiyadan göndərilmiş bir cinayətkarı niyə beynəlxalq aləm müdafiə etməlidir? Üstəlik, dediyim kimi, Ukraynadakı cinayətkar əməlləri də təsdiq olunub. Digər tərəfdən, Vardanyan Qarabağda doğulmayıb, bu hadisələrə qədər ərazilərimizdə olmayıb, hansı əsasla səehədi qanunsuz keçərək torpaqlarımıza gəlib? Nə üçün erməni separatizminə maliyyə dəstəyi verib? Əslində, bu sualları cavabı çoxdan aydındır, məhkəmə prosesində sübutlar təqdim olunub və ona layiqli cəza verilib. Odur ki, ailəsinin həşir salmasının heç bir hüquqi əsası yoxdur. Vardanyan və digərləri Azərbaycan qanunlarını pozub, dövlətimizə və xalqımıza qarş cinayətkarlıqla məşğul olub, istənilən Avropa dövləti yerimizə olsaydı, eyni addımı atardı”.

Oxşarxəbərlər

“Dövlətə xəyanət” ittihamı gündəmdə: Saxlanılanları ağır cəza gözləyir
Dünya

“Dövlətə xəyanət” ittihamı gündəmdə: Saxlanılanları ağır cəza gözləyir

17/06/2026 08:51
52
Azərbaycanla yeni müharibə? – Erməni xalqı qərar verdi
Siyasət

Azərbaycanla yeni müharibə? – Erməni xalqı qərar verdi

16/06/2026 18:33
55
Bu xərclərin bir hissəsi dövlət tərəfindən ödəniləcək
Manşet

Bu xərclərin bir hissəsi dövlət tərəfindən ödəniləcək

16/06/2026 15:25
56
Prezident FƏRMAN İMZALADI:Sentyabrın 1-dən qüvvəyə minəcək
Manşet

Prezident FƏRMAN İMZALADI:Sentyabrın 1-dən qüvvəyə minəcək

16/06/2026 13:54
58
Seçkidən sonra İrəvanın gözlədiyi mesajı Hacıyev verdi – Dilicanda diqqətçəkən detal
Siyasət

Seçkidən sonra İrəvanın gözlədiyi mesajı Hacıyev verdi – Dilicanda diqqətçəkən detal

15/06/2026 11:14
62
Azərbaycanda Milli Qurtuluş Günüdür
Manşet

Azərbaycanda Milli Qurtuluş Günüdür

15/06/2026 11:12
64

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

“Qara şüşə” ilə bağlı sürücülərə ekspertdən VACİB açıqlama

“Qara şüşə” ilə bağlı sürücülərə ekspertdən VACİB açıqlama

17/06/2026 14:15
50
Türkiyədə FACİƏ-Mədən UÇDU: ÖLƏN VAR

Türkiyədə FACİƏ-Mədən UÇDU: ÖLƏN VAR

17/06/2026 14:08
50
Rusiya hökumətində gizli çevriliş – Mərkəzi Bankın rəhbəri “vuruldu”

Rusiya hökumətində gizli çevriliş – Mərkəzi Bankın rəhbəri “vuruldu”

17/06/2026 13:23
50
Qlobal qaz qiymətləri yüksəlir: Azərbaycanı nələr gözləyir?

Qlobal qaz qiymətləri yüksəlir: Azərbaycanı nələr gözləyir?

17/06/2026 12:53
50

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Şərur mahalı: Arazın sahilində unudulmayan yurd

Şərur mahalı: Arazın sahilində unudulmayan yurd

17/06/2026 10:42
52

“Dövlətə xəyanət” ittihamı gündəmdə: Saxlanılanları ağır cəza gözləyir

“Dövlətə xəyanət” ittihamı gündəmdə: Saxlanılanları ağır cəza gözləyir

17/06/2026 08:51
52

Messi tarixə keçdi: Altı Dünya Kuboku, 16 qol və zirvə uğrunda yeni savaş

Messi tarixə keçdi: Altı Dünya Kuboku, 16 qol və zirvə uğrunda yeni savaş

17/06/2026 07:16
53

Şok iddia: ABŞ-ın narkotiklə mübarizə əməliyyatlarında 200-dən çox insan həlak olub

Şok iddia: ABŞ-ın narkotiklə mübarizə əməliyyatlarında 200-dən çox insan həlak olub

17/06/2026 07:00
57

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.