Göygöldə keçirlən Milli Yaylaq Festivalında quraşdırılmış çardaq uçaraq ərazidə olan insanların üzərinə aşıb.
Gündəm24.az xəbər verir ki, ilkin məlumata görə, xəsarət alanlar var.
Əraziyə təcili tibbi yardım briqadaları və aidiyyəti dövlət qurumlarının əməkdaşları cəlb olunub.
Yaralıya ilkin tibbi yardım göstərilib.
Faktla bağlı araşdırmalara başlanılıb.
İlkin məlumata görə, 4 nəfər xəsarət alıb.
Həmin şəxslər Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdirlib.(Qafqazinfo)














