Ukrayna prezidenti Volodimir Zelenski ABŞ lideri Donald Trampın onu Amerikanın daxili problemlərinə görə günahlandırmağa çalışıb-çalışmadığı barədə suala qeyri-adi reaksiya verib.
Gündəm24.az xəbər verir ki, “Sky News” jurnalisti Zelenskidən Trampın Konqresə aralıq seçkilər ərəfəsində ölkədaxili problemlərin məsuliyyətini onun üzərinə ataraq Ukrayna prezidentini “günah keçisi”nə çevirmək istəyib-istəmədiyini soruşub.
Zelenski sualı eşitdikdən sonra təxminən 15 saniyə susub. Daha sonra gülümsəyərək yalnız bir cümlə söyləyib:
“Bax, mənim cavabım budur”.
Bundan dərhal sonra mətbuat konfransı başa çatıb.
Ukrayna prezidenti sualı birbaşa cavablandırmasa da, onun uzun sükutu və təbəssümü diqqət çəkib.//musavat.com













