ABŞ Prezidenti Donald Tramp və Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında daha güclü və daha yaxşı münasibətlərin yaranacağı növbəti fəsli açırıq.
Gündəm24.az xəbər verir ki, bunu ABŞ Vitse-prezidenti Ceyms Devid Vens Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata bəyanatda bildirib.
“Ərazi sularının mühafizəsinə kömək etmək üçün Azərbaycana yeni qayıqlar göndərəcəyik”, – deyə Ceyms Devid Vens bildirib.














