Tatyana Moskalkova əlavə edib ki, Kursk sakinlərinin geri qaytarılması ilə bağlı Ukrayna ilə dialoq aparır.
Gündəm24.az TASS‑a istinadən xəbər verir ki, Rusiyanın İnsan Hüquqları Komissarı Tatyana Moskalkova Ukraynada Kursk vilayətindən olan on sakinin qanunsuz saxlanılmasına diqqət çəkərək BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına məktub göndərib. O bildirib ki, bu şəxslər Cenevrə Konvensiyalarını pozan şəraitdə hələ də həbsdədir və ümid edir ki, həm beynəlxalq ictimaiyyət, həm də Ukraynadakı ağlabatan şəxslər məsələyə reaksiya verəcək. Moskalkova əlavə edib ki, iki şəxs artıq geri qaytarılıb, amma on nəfər hələ də qonşu ölkədə qalır və geri qaytarılmaları üçün dialoq davam edir.
Sədaqət Həsənova














