İsrail qüvvələrinin Suriyanın cənubundakı Kuneytra əyalətinə sərhədi keçərək müvəqqəti nəzarət məntəqəsi qurduğu bildirilir. Bölgədə şəxsiyyət yoxlamaları və axtarışların aparıldığı deyilir.
Gündəm24.az xəbər verir ki, SANA agentliyinin məlumatına görə, İsrailə məxsus yeddi hərbi texnika Quneytranın şimalındakı Əl-Qəsarət yolu boyunca irəliləyərək ərazidə müvəqqəti nəzarət məntəqəsi qurub. Bildirilir ki, hərbçilər yoldan keçən şəxslərin sənədlərini yoxlayıb və ətraf ərazilərdə müşahidə əməliyyatları aparıblar.
Məlumatda qeyd olunur ki, İsrail ordusu son dövrlərdə Suriyanın cənubundakı Dəra və Quneytra bölgələrinə tez-tez daxil olur, müxtəlif nöqtələrdə nəzarət məntəqələri yaradır və axtarış əməliyyatları keçirir. Suriya hökuməti isə bu addımların 1974-cü il tarixli Ayrılma Sazişinin açıq şəkildə pozulması olduğunu bəyan edir.
Sədaqət Həsənova














