ABŞ prezidenti Tramp ABŞ-ın İrana qarşı böyük bir əməliyyat başlatdığını açıqladı. O, məqsədin rejim dəyişikliyi olduğunu söylədi.
Gündəm24.az xəbər verir ki, Reuters-in əldə etdiyi məlumata görə, ABŞ prezidenti Donald Tramp ABŞ-ın İsrailin İrana hücumuna qoşulduğunu açıqlayıb. Xalqa video müraciətində Tramp bildirib ki, “Biz bu yaxınlarda İrana qarşı böyük bir əməliyyat başlatdıq. Məqsədimiz İran rejimindən gələn təhdidləri aradan qaldırmaq və Amerika xalqını müdafiə etməkdir.”
Tramp davam edən hərbi əməliyyatı “böyük və davam edən bir əməliyyat” adlandırıb və qeyd edib ki, ABŞ İranın nüvə silahı əldə etməsinin qarşısını alır, bölgədəki personal üçün riskləri minimuma endirmək üçün bütün addımları atıb. O, həmçinin İranın uzun mənzilli raketlərinin ABŞ və digər ölkələr üçün təhlükə yaratdığını, ölkənin terrorizmin əsas sponsorlarından olduğunu və etirazlar zamanı minlərlə vətəndaşını öldürdüyünü vurğulayıb.
Prezident Tramp əməliyyatın İranın hərbi imkanlarını, xüsusən də raket infrastrukturunu hədəf aldığını və “Raket sənayesini məhv edəcəyik” deyə bildirib.
Sədaqət Həsənova














