Birləşmiş Ərəb Əmirliklərinin ilk dəfə İran ərazisinə zərbə endirdiyi iddia olunur.
Demokrat.az-ın məlumatına görə Birləşmiş Ərəb Əmirlikləri hərbi qüvvələri İran ərazisində yerləşən duzsuzlaşdırma obyektini hədəfə alıb. Bildirilir ki, zərbə nəticəsində obyektə ciddi ziyan dəyib.
Məlumat əsasən İsrail mediasına istinadla yayılıb. Hələlik hücum barədə Birləşmiş Ərəb Əmirlikləri və ya İran tərəfindən rəsmi açıqlama verilməyib.
Qeyd olunur ki, bu məlumat təsdiqlənərsə, hadisə Birləşmiş Ərəb Əmirliklərinin İran ərazisinə birbaşa zərbə endirdiyi ilk hadisə kimi qiymətləndirilə bilər.
Xatırladaq ki, son günlər regionda gərginlik artıb. ABŞ və İsrailin İrana endirdiyi zərbələrdən sonra Tehran tərəfi regiondakı bir sıra hədəflərə raket və pilotsuz uçuş aparatları ilə hücumlar həyata keçirib. Bu hücumların bir hissəsinin Birləşmiş Ərəb Əmirlikləri ərazisinə də yönəldiyi bildirilir.














