Şəkinin Bağbanlar küçəsində baş verən qəza zamanı bir neçə nəfər xəsarət alıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, “Toyota Prius” və “VAZ 2107” markalı iki minik avtomobili toqquşub.
Hadisə nəticəsində xəsarət alan 4 nəfər Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onların hər birinə ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.
Faktla bağlı araşdırma aparılır.


















