Rusiya xarici işlər naziri Sergey Lavrov BƏƏ-li həmkarı Abdullah Bin Zayed Əl-Nəhyan ilə telefon danışığı aparıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin məlumatında bildirilir. Qeyd olunub ki, tərəflər İran ətrafındakı vəziyyətlə bağlı dərin narahatlıqlarını bildiriblər.
Nazirlər Yaxın Şərqdə təhlükəsizliyin təmin edilməsi üçün siyasi və diplomatik səylərin yenilənməsinin fundamental əhəmiyyətini vurğulayıblar.
Həm ərəb ölkələrində, həm də İranın özündə mülki əhaliyə təsir edən hücumların dayandırılmasının zəruriliyinə xüsusi diqqət yetirilib. Rusiya və Birləşmiş Ərəb Əmirlikləri də bölgədə hərbi əməliyyatlara son qoymaq üçün təcili addımların atılmasını dəstəklədiklərini bildiriblər.














