Bazar ertəsi, Aprel 13, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Əhaliyə ŞAD XƏBƏR: Maaş və pensiyalar artırıla bilər

07/04/2026 11:57
CƏMİYYƏT
45 2
Əhaliyə ŞAD XƏBƏR: Maaş və pensiyalar artırıla bilər
60
Baxış sayı

Qlobal enerji bazarlarında neftin qiymətində müşahidə olunan artım bir çox ölkələrdə iqtisadi gözləntiləri yenidən formalaşdırır. Xüsusilə, neft gəlirlərindən asılı olan dövlətlərdə bu tendensiya büdcə imkanlarının genişlənməsi və sosial xərclərin artırılması ehtimalını gündəmə gətirir. Bu isə cəmiyyətdə maaş və pensiyaların artacağı ilə bağlı ümidləri daha da gücləndirir.

Bəs neft qiymətlərinin yüksəlməsi doğrudanmı maaş və pensiyaların artmasına birbaşa zəmin yaradır?

Gündəm24.az  xəbər verir ki, mövzu ilə bağlı açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, qiymətlərin yüksəlməsi neft ixrac edən ölkələr üçün büdcə gəlirlərinin artması deməkdir.

Akif Nəsirli: "Büdcə gəlirlərinin artması sosial xərclərin, maaş və pensiyaların maliyyələşdirilməsi üçün daha geniş imkan yarada bilər"

Onun sözlərinə görə, bu, nəzəri olaraq maaş və pensiyaların artırılması üçün əlavə maliyyə imkanları yaradır:

“Xüsusilə, enerji gəlirlərindən asılı olan iqtisadiyyatlarda dövlət büdcəsinin formalaşmasında neft gəlirləri mühüm rol oynayır. Qiymətlərin artması ixracdan daxilolmaları artırır, nəticədə dövlətin sosial xərcləri genişləndirmək potensialı yüksəlir.
Əgər əlavə gəlirlər uzunmüddətli investisiyalara, infrastruktur layihələrinə və ya ehtiyat fondlarına yönəldilərsə, sosial ödənişlərin artımı dərhal baş verməyə bilər. Əksinə, sosial rifahın artırılması prioritet seçilərsə, maaş və pensiyalarda artım mümkündür”.

Akif Nəsirli əlavə edib ki, inflyasiya amili də nəzərə alınmalıdır. Belə ki, neft qiymətlərinin artımı bəzi hallarda daxili bazarda qiymətlərin yüksəlməsinə səbəb olur:

“Bu zaman maaş və pensiyalar artırılsa belə, real alıcılıq qabiliyyəti gözlənilən səviyyədə yüksəlməyə bilər. Yəni nominal artım real rifah artımı ilə eyni deyil.
Qiymətlərin tez-tez dalğalanması fonunda davamlı olmayan gəlir artımına əsaslanaraq uzunmüddətli sosial öhdəlikləri artırmaq risklidir. Bu səbəbdən əlavə gəlirlər çox vaxt sabitləşdirici fondlara yönəldilir və ya mərhələli şəkildə iqtisadiyyata daxil edilir”.

Nəticə etibarilə, neft qiymətlərinin artması maaş və pensiyaların yüksəldilməsi üçün müəyyən imkanlar yaratsa da, bu, birbaşa və avtomatik proses deyil. Qərarlar əsasən dövlətin iqtisadi strategiyasından, inflyasiya səviyyəsindən, büdcə balansından və uzunmüddətli maliyyə dayanıqlığına yanaşmasından asılı olaraq verilir./konkret.az/

Oxşarxəbərlər

Tanınmış həkim dünyasını dəyişdi – FOTO
CƏMİYYƏT

Tanınmış həkim dünyasını dəyişdi – FOTO

12/04/2026 21:55
58
İyuldan sentyabra qədər… çox isti olacaq – XƏBƏRDARLIQ
CƏMİYYƏT

İyuldan sentyabra qədər… çox isti olacaq – XƏBƏRDARLIQ

12/04/2026 21:12
57
Azərbaycanda yenə qohum evliliyi baş tutub – Qanuna ƏMƏL ETMİRLƏR
CƏMİYYƏT

Azərbaycanda yenə qohum evliliyi baş tutub – Qanuna ƏMƏL ETMİRLƏR

12/04/2026 20:57
56
80 manat alanlarla bağlı AÇIQLAMA
CƏMİYYƏT

80 manat alanlarla bağlı AÇIQLAMA

12/04/2026 20:52
58
Bu yol 2 gün bağlı olacaq
CƏMİYYƏT

Bu yol 2 gün bağlı olacaq

12/04/2026 17:27
57
Azərbaycanın İrandakı səfirliyi fəaliyyətini bərpa etdi
CƏMİYYƏT

Azərbaycanın İrandakı səfirliyi fəaliyyətini bərpa etdi

12/04/2026 16:39
60

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Tanınmış həkim dünyasını dəyişdi – FOTO

Tanınmış həkim dünyasını dəyişdi – FOTO

12/04/2026 21:55
58
İyuldan sentyabra qədər… çox isti olacaq – XƏBƏRDARLIQ

İyuldan sentyabra qədər… çox isti olacaq – XƏBƏRDARLIQ

12/04/2026 21:12
57
Azərbaycanda yenə qohum evliliyi baş tutub – Qanuna ƏMƏL ETMİRLƏR

Azərbaycanda yenə qohum evliliyi baş tutub – Qanuna ƏMƏL ETMİRLƏR

12/04/2026 20:57
56
80 manat alanlarla bağlı AÇIQLAMA

80 manat alanlarla bağlı AÇIQLAMA

12/04/2026 20:52
58

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Süfrələrin Etibar Seçimi: “Ovçular” Necə Keyfiyyət Markasına Çevrildi?-VİDEO

Süfrələrin Etibar Seçimi: “Ovçular” Necə Keyfiyyət Markasına Çevrildi?-VİDEO

08/04/2026 11:04
152

Qərbi Azərbaycan İcmasının Sumqayıt Nümayəndəliyinin Gənclər Şurasının üzvləri Aprel döyüşləri zamanı şəhid olmuş qəhrəmanların xatirəsini yad ediblər.

Qərbi Azərbaycan İcmasının Sumqayıt Nümayəndəliyinin Gənclər Şurasının üzvləri Aprel döyüşləri zamanı şəhid olmuş qəhrəmanların xatirəsini yad ediblər.

06/04/2026 12:00
67

126

Qərbi Azərbaycan İcmasının Sumqayıt Nümayəndəliyində görüş keçirilib-FOTOLAR

Qərbi Azərbaycan İcmasının Sumqayıt Nümayəndəliyində görüş keçirilib-FOTOLAR

02/04/2026 17:25
138

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In