Dayanacaqların yeri dəyişdi, amma bu, sərnişinlərin narazlığına səbəb oldu
Gündəm24.az xəbər verir ki, şəkiliş apardığımız Ramanı qəsəbəsində dayanacaqların yerlərinin dəyişdirilməsi sərnişinlərin işini çətinləşdirib.
Onların sözlərinə görə, təxminən 1 həftə əvvəl həyata keçirilən proses sərnişinlərin yolunu uzadıb.
Sərnişinlər deyir ki, xüsusilə 214 nömrəli avtobusun dayancaqları dəyişdirilib
Hazırda olan dayancaq yerləri isə həm avtobusun dayanması üçün, həm də sərnişinlərin avtobus gözləməkləri üçün əlverişli deyil. Səki dar və ensizdir.
Məsələ ilə bağlı AYNA-dan Xəzər xəbərə verilən məlumata görə, sözügedən ünvanda yol nişanı naməlum şəxslər tərəfindən çıxarılaraq başqa yerdə quraşdırılıb. Daxil olan müraciət əsasında əraziyə baxış keçirilib. Artıq yol nişanı əvvəlki yerinə qaytarılıb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.














