İyunun 21-də Abşeron çimərliklərində 24 dərəcəyədək isti olacaq.
Gündəm24.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, gün ərzində şimal-qərb küləyi əsəcək, bəzi ərazilərdə küləyin arabir güclənəcəyi gözlənilir.
“Dəniz suyunun temperaturu şimal çimərliklərində – Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh və Zuğulbada 21-22 dərəcə isti təşkil edəcək. Cənub çimərliklərində – Türkan, Hövsan, Sahil və Şıxda isə suyun temperaturu 23-24 dərəcə isti olacaq”, – deyə qurumun Mətbuat Xidmətinin məlumatında qeyd olunub.













