Çərşənbə, Aprel 15, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Kartdan xəbərsiz pul silinir: Bakıda ictimai nəqliyyatda rəqəmsal ödəniş böhranı

11/04/2026 18:01
CƏMİYYƏT
45 1
Kartdan xəbərsiz pul silinir: Bakıda ictimai nəqliyyatda rəqəmsal ödəniş böhranı
58
Baxış sayı

Rəqəmsal ödənişlərlə bağlı gecikmələrin əsas səbəbi nəqliyyat sistemi ilə bank infrastrukturu arasında sinxronizasiyanın real vaxtda aparılmamasıdır. Bu sistem rahatlıq yaratsa da, mövcud gecikmələr göstərir ki, sistemin texniki dayanıqlığı və istifadəçi ilə kommunikasiya hələ də təkmilləşdirilməlidir.

Gündəm24.az  mövzu ilə bağlı “Kaspi” qəzetinin məqaləsini təqdim edir:

Rəqəmsallaşma ictimai nəqliyyat sektorunda da ənənəvi ödəniş vərdişlərini sürətlə dəyişir. Nağdsız ödənişlər, xüsusilə NFC texnologiyası son illərdə sərnişinlər üçün həm sürət, həm də rahatlıq baxımından əsas alternativə çevrilib. Lakin son aylarda bu rahatlığın fonunda ciddi narazılıqlar yaranıb. Sərnişinlərin bir qismi nəqliyyatda bank kartlarından istifadə etmədikləri halda vəsait çıxıldığını, digərləri xərclərdən artıq məbləğin, bəzən bir gediş haqqının iki-üç dəfə çıxıldığını iddia edir, bəziləri isə kartlarının əsassız yerə məhdudlaşdırıldığını bildirirlər. Sosial şəbəkələrdə səslənən fikirlərdə qeyd olunur ki, bu ödənişlər əvvəlki uğursuz əməliyyatların əvəzində deyil, sistem tərəfindən sonradan avtomatik şəkildə həyata keçirilir. Xüsusilə son vaxtlar paytaxtda ictimai nəqliyyatdan istifadə edən sərnişinlər metro və avtobuslarda NFC vasitəsilə ödəniş edərkən “kart məhdudlaşdırılıb” bildirişi ilə tez-tez qarşılaşırlar.

Gecikmə haradan yaranır?

Məsələnin əsas səbəbi ödənişin təsdiqi ilə vəsaitin faktiki silinməsi arasında yaranan zaman fərqidir. NFC ödənişlərində əməliyyat dərhal “uğurlu” kimi qeydə alınsa da, vəsait bank hesabından real vaxtda çıxılmır. Bu gecikmə bir neçə saat, bəzən günlərlə davam edə bilər. Nəticədə istifadəçi kartında kifayət qədər vəsait olduğunu düşünsə də, əvvəlki əməliyyatlar sistemdə “borc” kimi qalır və sonradan toplu şəkildə silinir. Xüsusilə oktyabr-aprel aylarında həyata keçirilmiş əməliyyatların bir hissəsinin gecikmə ilə emal olunması bu problemi daha da qabarıq göstərib. Hətta “BakıKart” bununla bağlı açıqlama yayıb.

Rəsmi açıqlama

“BakıKart”dan bildirilib ki, oktyabr-aprel aylarında NFC funksiyası olan bank kartları ilə həyata keçirilmiş və ödəniş zamanı silinməmiş vəsaitlərin 06.04.2026-cı ildən etibarən mərhələli şəkildə silinməsinə başlanılıb və bu proses başa çatdıqdan sonra məhdudiyyətlər aradan qaldırılacaq: “Ödəniş əməliyyatları dərhal icra edilsə də, vəsaitin silinməsi ilə bağlı bildirişlər sizə gecikmə ilə (bir neçə saat və ya gün sonra) təqdim oluna bilər. Bu səbəbdən bəzi hallarda qeyd olunan bank kartlarına ictimai nəqliyyat ödənişləri üzrə müvəqqəti məhdudiyyət tətbiq olunur.

Xahiş edirik, bank kartlarınızda ödəniş əməliyyatları üçün kifayət qədər vəsait saxlayasınız. Borc məbləği hesabınızdan silindikdən sonra bu məhdudiyyət aradan qaldırılacaq və bank tərəfindən sizə bildiriş təqdim olunacaq. Silinən məbləğləri bankınızın kart tarixçəsində görə biləcəksiniz”.

Sistem necə işləyir?

Qurumun məlumatına görə, “BakıKart” tərəfindən tətbiq edilən ödəniş sistemi həm “bir dəfəlik keçid imkanı”, həm də “gecikdirilmiş avtorizasiya” prinsiplərini əhatə edir. “Bir dəfəlik keçid” funksiyası sayəsində kart balansı müvəqqəti kifayət etmədiyi hallarda belə sərnişin ictimai nəqliyyat vasitəsindən istifadə edə bilər, balans bərpa olunduqda ödəniş avtomatik tutulur. Qurumdan bildirilir ki, bu funksiya ödəniş əməliyyatlarının çevik şəkildə, bir saniyənin altında aparılmasını təmin edir. Gecikdirilmiş avtorizasiya isə ödəniş əməliyyatlarının texniki səbəblərdən sonradan rəsmiləşdirilməsinə imkan verir.
Bu mexanizmlər hər hansı texniki nasazlıq və ya əsassız vəsait silinməsi ilə bağlı deyil, sistemin işləmə prinsiplərindən irəli gəlir. Məqsəd sərnişinlərin rahatlığını təmin etmək və ödəniş prosesinin fasiləsizliyini qorumaqdır.
 
“Gecikmiş silinmə” görüntüsü necə yaranır?
İKT üzrə ekspert Elvin Abbasov bildirir ki, gecikmələrin əsas səbəbi nəqliyyat sistemi ilə bank infrastrukturu arasında sinxronizasiyanın real vaxtda aparılmamasıdır:
“Validatorda kart oxunarkən sistem ilk növbədə kartın aktivliyini yoxlayır, lakin vəsaitin real vaxt rejimində silinməsi üçün hər bir avtobusdan banka anlıq sorğu göndərilməsi şəbəkə yüklənməsinə səbəb ola bilər. Bu səbəbdən tranzaksiya məlumatları paket şəklində toplanır və müəyyən fasilələrlə banka ötürülür ki, bu da “gecikmiş silinmə” görüntüsü yaradır”.
E.Abbasovun sözlərinə görə, rabitə problemləri və texniki uyğunsuzluqlar da bu prosesə təsir edir:
“Avtobus hərəkətdə olarkən validatorun internet bağlantısı zəiflədikdə məlumatların serverə ötürülməsi dayanır. Həmçinin bəzi smartfonların NFC modullarının validatorla sürətli əlaqə qura bilməməsi və ya token mübadiləsinin ləngiməsi ödənişin uğursuz olması və ya kartın qara siyahıya düşməsi ilə nəticələnir”.
“Sərnişinlər üçün maliyyə qeyri-müəyyənliyi yaradır”
Gecikmiş ödənişlər sərnişinlər üçün maliyyə qeyri-müəyyənliyi yaradır. İstifadəçi balansının yetərli olduğunu düşündüyü halda, əvvəlki gediş haqları sonradan silindikdə balans mənfiyə düşə bilər. Bu isə xüsusilə debet kartlarda gözlənilməz bloklanmalara və digər ödənişlərin gecikməsinə səbəb olur.
Ekspert əlavə edir ki, oflayn tranzaksiya modeli müəyyən hallarda saxtakarlıq risklərini də artırır:
“Bu modeldə validator kartın balansını bankla anlıq yoxlamadığı üçün, balansı olmayan və ya bloklanmış kartlarla gediş etmək mümkün ola bilər. Bu boşluğu doldurmaq üçün sistem sonradan “qara siyahı” tətbiq edir, lakin məlumatların gecikməsi saxta və ya klonlanmış kartlarla sistemdən müvəqqəti istifadə imkanını artırır”.
Bununla belə, ödənişlər zamanı tokenizasiya tətbiq olunur və kart məlumatları şifrələnmiş formada ötürülür.
Mütəxəssislər sərnişinlərə kart balansını mütəmadi yoxlamağı, əməliyyat tarixçəsini izləməyi və şübhəli hallarda bankla əlaqə saxlamağı tövsiyə edirlər. Daha təhlükəsiz yanaşma kimi nəqliyyat ödənişləri üçün ayrıca kartdan istifadə etmək də məqsədəuyğun hesab olunur.
Nəticə olaraq, NFC texnologiyası rahatlıq yaratsa da, mövcud gecikmələr göstərir ki, sistemin texniki dayanıqlığı və istifadəçi ilə kommunikasiya hələ də təkmilləşdirilməlidir.

Oxşarxəbərlər

İcra hakimiyyəti toyuqla adama fərq qoymur – Zirədə üfunət qalmaqalı
CƏMİYYƏT

İcra hakimiyyəti toyuqla adama fərq qoymur – Zirədə üfunət qalmaqalı

15/04/2026 16:40
52
Azərbaycanda avtomobil yanacağı ilə bağlı MÜHÜM XƏBƏR
CƏMİYYƏT

Azərbaycanda avtomobil yanacağı ilə bağlı MÜHÜM XƏBƏR

15/04/2026 14:40
54
Bu gün Bakıya dolu yağacaq? – AÇIQLAMA
CƏMİYYƏT

Bu gün Bakıya dolu yağacaq? – AÇIQLAMA

15/04/2026 14:25
54
Sabah hava NECƏ OLACAQ?
CƏMİYYƏT

Sabah hava NECƏ OLACAQ?

15/04/2026 14:20
56
“Tamstore”dan yayılan görüntülərlə bağlı AÇIQLAMA – “Araşdırılır…”
CƏMİYYƏT

“Tamstore”dan yayılan görüntülərlə bağlı AÇIQLAMA – “Araşdırılır…”

15/04/2026 13:22
56
ATV kanalı çətin durumda: İxtisarlar və maaş problemi BAŞLADI
CƏMİYYƏT

ATV kanalı çətin durumda: İxtisarlar və maaş problemi BAŞLADI

15/04/2026 12:59
57

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Bona Dea-da daha bir məhkəmə qalmaqalı – Neyrocərrah xəstə ailəsini və KİV-i məhkəməyə verdi

Bona Dea-da daha bir məhkəmə qalmaqalı – Neyrocərrah xəstə ailəsini və KİV-i məhkəməyə verdi

15/04/2026 17:08
53
Vaşinqtonun növbəti hədəfi: Çin-ABŞ müharibəsi qapıda

Vaşinqtonun növbəti hədəfi: Çin-ABŞ müharibəsi qapıda

15/04/2026 17:07
54
Prezident qanun imzaladı

Prezident qanun imzaladı

15/04/2026 16:53
51
Nazirlər Kabinetinin bu səlahiyyəti ləğv edildi

Nazirlər Kabinetinin bu səlahiyyəti ləğv edildi

15/04/2026 16:52
54

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Qərbi Azərbaycan İcması Sumqayıt nümayəndəliyində İdarə Heyətinin iclası keçirilib-FOTOLAR

Qərbi Azərbaycan İcması Sumqayıt nümayəndəliyində İdarə Heyətinin iclası keçirilib-FOTOLAR

13/04/2026 16:21
71

Süfrələrin Etibar Seçimi: “Ovçular” Necə Keyfiyyət Markasına Çevrildi?-VİDEO

Süfrələrin Etibar Seçimi: “Ovçular” Necə Keyfiyyət Markasına Çevrildi?-VİDEO

08/04/2026 11:04
152

Qərbi Azərbaycan İcmasının Sumqayıt Nümayəndəliyinin Gənclər Şurasının üzvləri Aprel döyüşləri zamanı şəhid olmuş qəhrəmanların xatirəsini yad ediblər.

Qərbi Azərbaycan İcmasının Sumqayıt Nümayəndəliyinin Gənclər Şurasının üzvləri Aprel döyüşləri zamanı şəhid olmuş qəhrəmanların xatirəsini yad ediblər.

06/04/2026 12:00
69

Qərbi Azərbaycan İcmasının Sumqayıt Nümayəndəliyinin Gənclər Şurasının üzvləri Aprel döyüşləri zamanı şəhid olmuş qəhrəmanların xatirəsini yad ediblər.

Qərbi Azərbaycan İcmasının Sumqayıt Nümayəndəliyinin Gənclər Şurasının üzvləri Aprel döyüşləri zamanı şəhid olmuş qəhrəmanların xatirəsini yad ediblər.

06/04/2026 12:00
136

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.