ABŞ gəmilərin sərbəst hərkətini təmin etmək üçün Hörmüz boğazını təmizləməyə başlayır.
Gündəm24.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib.
“İndi Çin, Yaponiya, Cənubi Koreya, Fransa, Almaniya və bir çox başqa ölkələr də daxil olmaqla, dünya ölkələrinə xidmət olaraq Hörmüz boğazını təmizləməyə başlayırıq. Onların bu işi özləri görmək üçün cəsarəti və ya iradəsinin olmaması təəccüblüdür”, – o, sosial mediada yazıb.
Donald Tramp Amerika tərəfinin hansı konkret addımlar atmaq niyyətində olduğunu dəqiqləşdirməyib.














