İsrail Silahlı Qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirilib.
Gündəm24.az xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb. Bildirilir ki, İranla münaqişənin yenidən alovlanması ehtimalı fonunda ordu döyüş rejiminə keçib. Hərbi kəşfiyyat zərbələr üçün hədəf siyahısını genişləndirir.
Qeyd olunur ki, ABŞ-İran danışıqlarının nəticəsiz qalması bu prosesi sürətləndirib.
Bununla yanaşı, ölkənin bir sıra şəhərlərində Müstəqillik Günü ilə bağlı tədbirlər ləğv edilib.//metbuat.az














