Bazar, İyun 21, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Azərbaycanda yenə qohum evliliyi baş tutub – Qanuna ƏMƏL ETMİRLƏR

12/04/2026 20:57
CƏMİYYƏT
48 3
Azərbaycanda yenə qohum evliliyi baş tutub – Qanuna ƏMƏL ETMİRLƏR
64
Baxış sayı

Azərbaycanda qohum evliliklərinə qoyulan qadağaya baxmayaraq, Ağcabədi rayonunun Avşar kəndində iki bacının övladlarının – xalaoğlu və xalaqızının evlənməsi barədə məlumat yayılıb.

Bildirilir ki, toy mərasimi martın 27-də keçirilib. Qeyd edək ki, Azərbaycanda yaxın qohumlar arasında nikah qanunla qadağan olunub.

Bəs bu qadağaya nə dərəcədə əməl edilir və belə halların qarşısını almaq üçün hansı tədbirlər görülür?

Gündəm24.az  mövzu ilə bağlı “Kaspi” qəzetinin məqaləsini təqdim edir:

“Rəsmi müraciətlər qəbul olunmur”

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin müdir müavini Kamilə Əliyevanın sözlərinə görə, 2024-cü ildə Ailə Məcəlləsində qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqları, eləcə də bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlu arasında nikahların bağlanmasına qadağa qoyulmasına dair dəyişiklər edilib.

Qanun 2025-ci il iyulun 1-dən qüvvəyə minib:

“Qanunun qüvvəyə mindiyi müddətdən yuxarıda qeyd olunan qohumlar arasında nikahın bağlanması ilə bağlı qeydiyyat şöbələri tərəfindən rəsmi müraciət qəbul olunmur”.

İctimai fəal insanların köməyinə ehtiyac var

K.Əliyevanın fikrincə, belə halların qarşısının alınması ilə bağlı maarifləndirmə qaydası təsdiq edilib.

Sənədin icrası 14 dövlət qurumuna və bütün yerli icra hakimiyyəti orqanlarına tapşırılıb:

“Qaydanın icrası istiqamətində aidiyyəti qurumlar, o cümlədən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Dövlət Komitəsinin tabeliyində olan Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən mütəmadi olaraq yeniyetmə və gənclərin, valideynlərin erkən evlilik və qohum evliliyin mənfi nəticələrinə dair məlumatlılıq səviyyəsini artıran görüşlər keçirilir, maarifləndirici vəsaitlər dərc edilir və yayımlanır, araşdırmalar aparılır”.

Amma buna baxmayaraq, bəzi ailələrdə müşahidə olunan ənənəvi stereotiplər, qohumların evlənməsinə müsbət yanaşılması kimi patriarxal düşüncələr belə nikah hallarının baş verməsinə səbəb olur:

“İctimai fəal insanların, ümumilikdə bütün cəmiyyət üzvlərinin də belə halların qarşısının alınmasında yaxından iştirak etməsi qohum nikahlarla bağlı düzgün münasibətin formalaşmasında öz töhfəsini verəcək”.

Maraqlıdır ki, Ədliyyə Nazirliyi qadağaların qüvvəyə mindiyi tarixdən etibarən evlilik üçün müraciət edən qohumlarla bağlı statistika aparmır. Bu barədə nazirlikdən sorğumuza cavab olaraq bildirildi.

“Məsuliyyət nəzərdə tutulur”

“Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri Nailə İsmayılova düşünür ki, bu mövzu gündəmdə olan məsələlərdən biridir:

“Qanuna zidd hərəkətlər baş verərsə, kimliyindən asılı olmayaraq məsuliyyət nəzərdə tutulur. Hər bir Azərbaycan vətəndaşı dövlət tərəfindən qəbul edilən qərarlara hörmət və məsuliyyətlə yanaşmalıdır. Əgər vəzifədə olan bir şəxs belə halların baş verməsindən xəbərdar olub və bunun qarşısını almaq üçün heç bir addım atmayıbsa, bu, daha ciddi məsələdir.

Belə vəziyyətlərdə ən azı müvafiq dövlət qurumlarının müdaxiləsi ilə həmin şəxslərlə söhbətlər aparılmalı və evliliyin baş tutmaması üçün tədbirlər görülməli idi. Əgər bu edilməyibsə, belə hallara görə məsuliyyətin daha ciddi olması vacibdir”.

N.İsmayılovanın sözlərinə görə, ortada fakt varsa və həqiqətən də yaxın qohumların evlənməsi planlaşdırılırsa, dövlət qurumlarının müdaxiləsi zəruridir:

“Qanunla qoyulan qadağanın cəmiyyətdə müəyyən təsiri hiss olunur. Bununla belə, insanların bu qadağanı nə dərəcədə qəbul etməsi artıq müəyyən mənada cəmiyyətin öz məsuliyyəti ilə bağlıdır. Burada məsuliyyət yalnız cütlüklərin üzərinə düşmür. Valideynlər, qohumlar, hətta qonşular öz mövqelərini bildirməlidirlər.

Çünki belə qərarların icrası bütövlükdə cəmiyyətin iştirakı ilə mümkündür. Bəzi bölgələrdə qohum evliliklərinin davam etməsi isə ilk növbədə cütlüklərin özlərinə zərər verir. Bu, həm sağlamlıq riskləri, həm də gələcəkdə sosial baxımdan müəyyən problemlərlə üzləşmək ehtimalı yaradır. Ona görə də cəmiyyət olaraq bu məsuliyyəti hamımız bölüşməliyik”.

“Cəmiyyət də aktiv iştirak etməlidir”

QHT sədrinin fikrincə, bu məsələdə yerli özünüidarəetmə orqanları, xüsusilə bələdiyyələr mühüm rol oynayır.

Bələdiyyələrdə gender komissiyaları fəaliyyət göstərir və onlar ailə münasibətləri ilə bağlı məsələlərdə qanunların düzgün icrasına töhfə verməlidirlər:

“Onların vəzifəsi belə hallarda prosesin iştirakçısına çevrilmək deyil, qanunun düzgün icrasını təmin etməkdir”.

Qeyd edək ki, Azərbaycanda qohum evliliyinə görə ayrıca cəza maddəsi yoxdur. Əsas məhdudiyyət nikahın qeydiyyata alınmamasıdır.

Oxşarxəbərlər

XİN Ümumdünya Qaçqınlar Günü ilə bağlı BƏYANAT YAYDI – FOTO
CƏMİYYƏT

XİN Ümumdünya Qaçqınlar Günü ilə bağlı BƏYANAT YAYDI – FOTO

20/06/2026 22:49
54
Qazaxa ovuc boyda dolu yağdı – VİDEO
CƏMİYYƏT

Qazaxa ovuc boyda dolu yağdı – VİDEO

20/06/2026 22:07
53
Çoxuşaqlı ailələrə mənzil güzəştləri edilə bilər – VACİB AÇIQLAMA
CƏMİYYƏT

Çoxuşaqlı ailələrə mənzil güzəştləri edilə bilər – VACİB AÇIQLAMA

20/06/2026 17:15
55
1 qəpiklik yumurtanın içindən görün nə çıxdı — VİDEO
CƏMİYYƏT

1 qəpiklik yumurtanın içindən görün nə çıxdı — VİDEO

20/06/2026 17:00
53
Vilayət Eyvazov DİN-in Hərbi İnstitutunda buraxılışa qatıldı – FOTOLAR
CƏMİYYƏT

Vilayət Eyvazov DİN-in Hərbi İnstitutunda buraxılışa qatıldı – FOTOLAR

20/06/2026 16:30
54
Həftəsonu çimərliyə getmək istəyənlərin nəzərinə – Temperatur AÇIQLANDI
CƏMİYYƏT

Həftəsonu çimərliyə getmək istəyənlərin nəzərinə – Temperatur AÇIQLANDI

20/06/2026 16:01
53

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Kiyev Belarusa qarşı hücuma hazırlaşır? – SENSASİON İDDİA

Kiyev Belarusa qarşı hücuma hazırlaşır? – SENSASİON İDDİA

20/06/2026 23:11
54
İllər sonra şad xəbər verildi – Allahın möcuzəsi adlandırılır – FOTO

İllər sonra şad xəbər verildi – Allahın möcuzəsi adlandırılır – FOTO

20/06/2026 22:53
54
XİN Ümumdünya Qaçqınlar Günü ilə bağlı BƏYANAT YAYDI – FOTO

XİN Ümumdünya Qaçqınlar Günü ilə bağlı BƏYANAT YAYDI – FOTO

20/06/2026 22:49
54
Aygün Kazımova Röyanın oğlunun məzun gecəsində – VİDEO

Aygün Kazımova Röyanın oğlunun məzun gecəsində – VİDEO

20/06/2026 22:30
54

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Peskovdan sərt açıqlama: “Kiyev üçün vəziyyət tezliklə fəlakətli olacaq”

Peskovdan sərt açıqlama: “Kiyev üçün vəziyyət tezliklə fəlakətli olacaq”

19/06/2026 14:52
55

“Kızılcık Şerbeti”nin ulduzu Ece İrtemin ölümü ilə bağlı şok iddia ortaya çıxdı

“Kızılcık Şerbeti”nin ulduzu Ece İrtemin ölümü ilə bağlı şok iddia ortaya çıxdı

19/06/2026 14:45
59

Trampdan qalmaqallı açıqlama: “Mən olmasaydım, İsrail məhv olardı”

Trampdan qalmaqallı açıqlama: “Mən olmasaydım, İsrail məhv olardı”

19/06/2026 14:20
58

Qərbi Azərbaycanın gizli xəzinəsi – Şəmşəddil mahalı

Qərbi Azərbaycanın gizli xəzinəsi – Şəmşəddil mahalı

19/06/2026 10:14
67

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.