Bakıda məşhur “Sun Rise Hotel” satışa çıxarılır.
Gündəm24.az xəbər verir ki, otel hərrac yolu ilə mayın 13-də satışa çıxarılacaq.
Otelin hərracı üçün başlanğıc qiyməti olaraq 5 milyon 800 min manat məbləğ müəyyən edilib.
Qeyd edək ki, Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Araz küçəsi, 95 ünvanında yerləşən hotelin ümumi sahəsi 1 078.1 kvadratmetrdir.













