Türkiyənin Şanlıurfa və Kahramanmaraş şəhərlərində ard-arda baş verən məktəb hücumları ölkəni yasa boğub.
Gündəm24.az Musavat.com-a istinadən xəbər verir ki, iki faciəvi hadisə nəticəsində ümumilikdə 1 müəllim və 8 şagird həyatını itirib, 33 nəfər isə yaralanıb.
Cinayətkarlarla bağlı aparılan araşdırmalar zamanı diqqətçəkən bir bənzərlik üzə çıxıb. Hər iki şəxsin uzun saatlar boyu eyni kompüter oyununu oynadığı müəyyən edilib. Hüquq-mühafizə orqanlarının apardığı təhqiqat nəticəsində məlum olub ki, hər iki cinayətkar uzun müddət şiddət tərkibli “PUBG” oyununun aludəçisi olub. Mütəxəssislər bu növ oyunların xüsusilə azyaşlılar tərəfindən nəzarətsiz oynanılmasının böyük risk daşıdığını bildirirlər.
Xatırladaq ki, çərşənbə axşamı Şanlıurfada baş verən hadisədən qısa müddət sonra bənzər dəhşət Kahramanmaraşdakı bir orta məktəbdə yaşanıb. Aprelin 14-də Şanlıurfanın Siverek rayonundakı Ahmet Koyuncu Peşə və Texniki Anadolu Liseyində törədilən silahlı hücumda 4-ü müəllim olmaqla, 16 nəfər yaralanıb. Bu hadisədən cəmi 24 saat sonra Kahramanmaraşın Onikişubat rayonunda yerləşən Ayser Çalık Orta məktəbində qanlı qətliam törədilib.
Məktəbin 8-ci sinif şagirdi İsa Aras Mersinli təqaüddə olan polis rəisi atasının 5 silahı və 7 sandıqçası ilə məktəbə gələrək atəş açıb. İki sinfi hədəf alan hücumda riyaziyyat müəllimi Ayla Kara və 8 şagird həlak olub, 17 nəfər yaralanıb.














