Cümə axşamı, İyul 9, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

SDU-da “Qərbi Azərbaycan irsini tanı” layihəsi çərçivəsində seminar keçirilib-FOTOLAR

24/04/2026 18:59
Manşet, Özəl, Qərbi Azərbaycan
94 7
SDU-da “Qərbi Azərbaycan irsini tanı” layihəsi çərçivəsində seminar keçirilib-FOTOLAR
38
Paylaşım sayı
128
Baxış sayı

     Gündəm24.az xəbər verir ki, aprelin 24-də Sumqayıt Dövlət Universiteti-də “Qərbi Azərbaycan irsini tanı” layihəsi çərçivəsində “Qərbi Azərbaycana qayıdış: tarixi həqiqətlər, innovativ yanaşma və maarifləndirmə” mövzusunda seminar keçirilib. Tədbir Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi-nin maliyyə dəstəyi, nazirliyin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi və Qərbi Azərbaycan İcması-nın tərəfdaşlığı, İRƏLİ İctimai Birliyi-nin təşkilatçılığı ilə baş tutub.

     Seminar “İRƏLİ” İB-nin baş katibi Riad Cəbrayılov-un moderatorluğu ilə keçirilib. Tədbir Ümummilli Lider Heydər Əliyev-in və Vətən uğrunda canından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb. Universitetin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, dosent Elmar Xəlilov çıxışında layihənin tarixi əhəmiyyətini vurğulayaraq bildirib ki, erməni millətçilərinin azərbaycanlılara qarşı həyata keçirdiyi etnik təmizləmə və deportasiya siyasəti tariximizin faciəli səhifələrindəndir.

      Qeyd olunub ki, 1905-ci il hadisələri və 1918-ci il qırğınları, həmçinin 1948–1953-cü illər deportasiyaları bu siyasətin tərkib hissəsidir. Ermənistanın təcavüzü nəticəsində bir milyondan çox azərbaycanlı doğma yurdlarından didərgin düşüb. Diqqətə çatdırılıb ki, İkinci Qarabağ müharibəsi zamanı qazanılan qələbə ilə torpaqlarımız azad olunub və hazırda “Böyük Qayıdış” Dövlət Proqramı uğurla icra edilir. Bu çərçivədə Qərbi Azərbaycanın mədəni irsinin qorunması və gənclər arasında maarifləndirilməsi xüsusi əhəmiyyət daşıyır.

      Daha sonra çıxış edən Riad Cəbrayılov rəhbərlik etdiyi qurumun fəaliyyəti, eləcə də Qərbi Azərbaycan irsinin təbliği istiqamətində həyata keçirilən layihələr – konfranslar, festivallar, düşərgələr və infosessiyalar barədə ətraflı məlumat verib.

       Seminarda Qərbi Azərbaycan İcmasının Sumqayıt şəhəri Corat qəsəbəsi üzrə nümayəndəliyinin sədri Nazim Hüseynov və gənclər təşkilatının sədri Fuad Məmmədov çıxış edərək Ümummilli Lider Heydər Əliyevin xilaskarlıq missiyasından, Prezident İlham Əliyev-in Qərbi azərbaycanlıların qayıdışı istiqamətində həyata keçirdiyi siyasətdən və formalaşan Qayıdış Konsepsiyasından bəhs ediblər.

       SDU-nun İctimaiyyətlə əlaqələr və Kommunikasiya şöbəsinin baş mütəxəssisi Şükür Əliyev universitetdə bu istiqamətdə keçirilən tədbirlər, tələbələrin iştirakı ilə təşkil olunan debatlar, seminarlar və maarifləndirici layihələr barədə məlumat verib.

     Sonda Azərbaycan Milli Konservatoriyası və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti-nin magistrantlarının ifasında “Mənim Azərbaycanım”, “Qarabağ” və “Mehriban olaq” mahnıları səsləndirilib, həmçinin SDU tələbəsinin ifasında aşıq havası təqdim olunub.

Oxşarxəbərlər

SON DƏQİQƏ: Prezident FƏRMAN imzaladı
Manşet

SON DƏQİQƏ: Prezident FƏRMAN imzaladı

09/07/2026 16:23
54
Prezidentin bu fərmanı icra olunur:Müraciətlərin qəbuluna başlanılır
Manşet

Prezidentin bu fərmanı icra olunur:Müraciətlərin qəbuluna başlanılır

09/07/2026 11:38
55
Qərbi Azərbaycanın unudulmayan irsi – Qafan qalasının tarixi
Manşet

Qərbi Azərbaycanın unudulmayan irsi – Qafan qalasının tarixi

09/07/2026 09:47
66
İlham Əliyev iqtisadiyyat nazirinə yeni səlahiyyət verdi
Manşet

İlham Əliyev iqtisadiyyat nazirinə yeni səlahiyyət verdi

08/07/2026 15:51
59
Prezident fərman imzaladı – Qadağan edildi
Manşet

Prezident fərman imzaladı – Qadağan edildi

08/07/2026 15:41
58
Prezidentdən bu şəxslərlə bağlı SƏRƏNCAM – Rütbələr verildi
Manşet

Prezidentdən bu şəxslərlə bağlı SƏRƏNCAM – Rütbələr verildi

08/07/2026 15:26
56

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Bakıda təmir gedən yollar açıqlanıb

Bakıda təmir gedən yollar açıqlanıb

09/07/2026 17:15
53
4 günlük iş həftəsi ilə bağlı gözlənilən qərar: Kimlərə aid olacaq?

4 günlük iş həftəsi ilə bağlı gözlənilən qərar: Kimlərə aid olacaq?

09/07/2026 17:10
52
Xamenei dəfn olunur

Xamenei dəfn olunur

09/07/2026 17:03
54
Bu il verilən ipoteka kreditlərinin məbləği açıqlanıb – RƏSMİ

Bu il verilən ipoteka kreditlərinin məbləği açıqlanıb – RƏSMİ

09/07/2026 16:41
52

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Qərbi Azərbaycanın unudulmayan irsi – Qafan qalasının tarixi

Qərbi Azərbaycanın unudulmayan irsi – Qafan qalasının tarixi

09/07/2026 09:47
66

Qərbi Azərbaycanın qədim müdafiə qalalarından biri – Gorus qalası

Qərbi Azərbaycanın qədim müdafiə qalalarından biri – Gorus qalası

08/07/2026 10:03
75

Qərbi Azərbaycan İcmasının Sumqayıt nümayəndələri Qarabağdan Qərbi Azərbaycana qayıdış inamı ilə döndülər – FOTOLAR

Qərbi Azərbaycan İcmasının Sumqayıt nümayəndələri Qarabağdan Qərbi Azərbaycana qayıdış inamı ilə döndülər – FOTOLAR

07/07/2026 13:08
65

Dərələyəzin möhtəşəm qalaları: Tarixin sıldırım qayalar üzərində yazdığı izlər

Dərələyəzin möhtəşəm qalaları: Tarixin sıldırım qayalar üzərində yazdığı izlər

07/07/2026 09:50
57

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In