Rusiyanın Nijni Novqorod vilayətində baş verən yanğın nəticəsində təxminən 200 çivava cinsli it tələf olub.
Gündəm24.az SHOT teleqram kanalına istinadən xəbər verir ki,alov Nijni Novqorodun Leninski rayonunda, Voronixin küçəsində yerləşən təxminən 50 kvadratmetrlik yardımçı binanı bürüyüb. Damazlıq fəaliyyəti ilə məşğul olan obyektin sahibi heyvanları xilas etməyə çalışıb və dərhal təcili yardım xidmətlərinə müraciət edib. Lakin itləri alovdan xilas etmək mümkün olmayıb.
Yanğının başvermə səbəbi hələlik məlum deyil. Hadisə yerində təcili yardım və yanğınsöndürmə xidmətlərinin işi davam edir./Ajans.az















