Yaxın Şərqdə hərbi gərginlik daha da dərinləşir.
Gündəm24.az xəbər verir ki, İran mediası son sutkada ABŞ hərbi obyektlərinə genişmiqyaslı zərbələr endirildiyini bildirib.
IRIB telekanalının yaydığı məlumata görə, İran Silahlı Qüvvələri son 24 saat ərzində raket və pilotsuz uçuş aparatları ilə bölgədə yerləşən 11 ABŞ hərbi bazasına zərbələr endirib.
Məlumata əsasən, hücumların 4-ü Bəhreyndə, 5-i Küveytdə, 2-si isə İordaniyada yerləşən ABŞ bazalarını hədəf alıb.
IRIB-in məlumatında həmçinin bildirilir ki, Küveytin enerji infrastrukturuna, o cümlədən elektrik stansiyaları və dəniz suyunun şirinləşdirilməsi qurğularına zərbələr artıq dördüncü gündür davam edir./musavat.com














