Rusiya Prezidenti Vladimir Putin hesab edir ki, ölkənin bir çox bölgəsi doğum nisbəti baxımından Çeçenistandan nümunə götürməlidir.
Gündəm24.az xəbər verir ki, o, bu fikri Çeçenistan rəhbəri Ramzan Kadırovla görüşündə deyib.
“Respublikada doğum nisbəti çox yüksəkdir və bu, yaxşıdır. Rusiya Federasiyasının bir çox digər respublikaları və bölgələri Çeçenistandan nümunə götürməlidir. Əgər hər regionun doğum nisbəti belə olsaydı, demoqrafik problemlərimiz və çətinliklərimiz olmazdı” – deyə Putin bildirib./axar.az














