Aprelin 29-da Zəngəzur vilayətində Noravan-Qafan avtomobil yolu qaya uçqunu nəticəsində bağlanıb.
Gündəm24.az xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Hadisə yerinə Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar Xidmətinin regional xilasetmə şöbəsinin yanğınsöndürmə və xilasetmə dəstəsinin yanğınsöndürmə briqadası göndərilib.
Məlumata görə, uçqun nəticəsində Sisian-Ltsen-Tatev avtomobil yolunun 31-ci kilometrliyində təxminən 10 kubmetr həcmində qaya uçqunu baş verib və yolun bir hissəsi birtərəfli olub.
Qeyd edək ki, bu, İranla Ermənistanı bağlayan magistraldır.













