Kənd Təsərrüfatı Nazirliyində yeni kadr təyinatı olub.
Gündəm24.az “oxu.az”a istinadla xəbər verir ki, bu barədə kənd təsərrüfatı naziri Məcnun Məmmədov əmr imzalayıb.
Əmrə əsasən, Elşən Məmmədov nazirliyin tabeliyində olan “Aqrar Tədarük Təchizat” ASC-nin İdarə Heyətinin sədr müavini təyin olunub.
E.Məmmədov həmçinin ASC-nin İdarə Heyətinə üzv seçilib.














