Cümə, May 1, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Bu şəxslərə verilən müavinətlərlə bağlı yenilik

01/05/2026 09:34
CƏMİYYƏT
46 1
Bu şəxslərə verilən müavinətlərlə bağlı yenilik
60
Baxış sayı

Bu gündən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə verilən müavinət üçün yenilik tətbiq olunacaq.

KONKRET.az bildirir ki, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət tibb müəssisəsi tərəfindən elektron sənəd formasında tərtib edilmiş və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminə ötürülmüş xəstəlik vərəqinə dair məlumatlara əsasən əmək qabiliyyətinin müvəqqəti itirildiyi təqvim günləri üçün veriləcək.

Müavinət almaq hüququ ən azı altı ay sosial sığorta stajı olan şəxslərə şamil ediləcək.

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət əmək qabiliyyətinin müvəqqəti itirildiyi birinci gündən başlayaraq əmək qabiliyyəti bərpa olunanadək, lakin bir ildən çox olmayan dövr üçün verilir.

Bu müavinətin aylıq maksimal məbləği əmək pensiyasının minimum məbləğinin 25 mislindən və ya sığortaolunanın (əlavə iş yeri olduqda isə əsas və əlavə iş yerində cəmi qazancı nəzərə alınmaqla) aylıq vəzifə maaşı və ya tarif dərəcəsinin (vaxtamuzd əməkhaqqı alanlar üçün vaxtamuzd, işəmuzd əməkhaqqı alanlar üçün isə işəmuzd əməkhaqqı) iki qatından (istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi istisna olmaqla) artıq ola bilməz.

Müavinət stajdan asılı olmayaraq ümumi qazancın 100 faizi miqdarında ödənilir.

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət əmək qabiliyyətinin müvəqqəti itirildiyi aydan əvvəlki ardıcıl gələn dörd rübə münasibətdə sığortaolunan üçün ödənilmiş (həmin dövr üçün hesablanmış) məcburi dövlət sosial sığorta haqqının dörd mislindən hesablanır.

Xəstəliyin ilk 14 təqvim günü üçün müavinət sığortaedənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta vəsaiti hesabına ödəniləcək. Xəstəlik bir neçə xəstəlik vərəqəsinə görə fasiləsiz olaraq ardıcıl davam edərsə, xəstəliyin ilk 14 təqvim günü üçün müavinət xəstəlik vərəqələrinin sayından asılı olmayaraq yalnız bir dəfə sığortaedənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta vəsaiti hesabına ödənilir.

Xəstəlik bir neçə xəstəlik vərəqəsinə görə fasilələrlə davam edərsə, xəstəliyin ilk 14 təqvim günü üçün müavinət xəstəlik vərəqələrinin sayından asılı olaraq hər dəfə sığortaedənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta vəsaiti hesabına ödəniləcək.

Qeyri-iş günlərinə düşməsinə görə xəstəlik müddəti üzrə kəsilmə baş verməsi səbəbindən xəstəlik vərəqində rejim pozuntusuna dair qeyd olduqda əmək qabiliyyətinin müvəqqəti itirilməsi fasiləsiz və ardıcıl hesab edilir.

Sığortaolunan əsas iş yeri ilə yanaşı əlavə iş yerində (yerlərində) muzdlu işə aid olan fəaliyyətdən gəlir əldə edərsə, bu zaman müavinət əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ilk 14 təqvim günü üçün sığortaedənlər tərəfindən hər bir iş yerindəki qazancı əsasında ayrı-ayrılıqda hesablanır və ödənilir. Qalan günlər üçün isə müavinət sığortaolunanın həm əsas, həm əlavə iş yeri (yerləri) üzrə ümumi qazancı əsasında hesablanır və məcburi dövlət sosial sığorta vəsaiti hesabına ödənilir.

Əsas iş yerindən əlavə muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edən sığortaolunana müavinət sığortaedənin vəsaiti hesabına ilk 14 təqvim günü üçün yalnız əsas iş yerindən əldə etdiyi qazancı, qalan günlər üçün isə müavinət sığortaolunanın bütün qazancı əsasında hesablanır və məcburi dövlət sosial sığorta vəsaiti hesabına ödənilir.

Oxşarxəbərlər

SON DƏQİQƏ: Bu müharibə veteranlarına pul verilə bilər…
CƏMİYYƏT

SON DƏQİQƏ: Bu müharibə veteranlarına pul verilə bilər…

01/05/2026 12:20
50
Bakı sürücülərinə XƏBƏRDARLIQ – Bu yollar BAĞLANIR
CƏMİYYƏT

Bakı sürücülərinə XƏBƏRDARLIQ – Bu yollar BAĞLANIR

01/05/2026 11:13
55
Kiməsə borc verib ala bilmirsinizsə, bu xəbəri mütləq OXUYUN
CƏMİYYƏT

Kiməsə borc verib ala bilmirsinizsə, bu xəbəri mütləq OXUYUN

01/05/2026 11:11
54
“Bu layihələr Qarabağ və Şərqi Zəngəzurun simasını dəyişir”
CƏMİYYƏT

“Bu layihələr Qarabağ və Şərqi Zəngəzurun simasını dəyişir”

01/05/2026 11:10
54
Deputatlar vacib məsələlərin müzakirəsi üçün toplandı – GÜNDƏLİK
CƏMİYYƏT

Deputatlar vacib məsələlərin müzakirəsi üçün toplandı – GÜNDƏLİK

01/05/2026 11:03
53
Günlər 24 yox, 16 saat olub – İDDİA
CƏMİYYƏT

Günlər 24 yox, 16 saat olub – İDDİA

01/05/2026 10:56
51

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Bakı sürücülərinə XƏBƏRDARLIQ – Bu yollar BAĞLANIR

Bakı sürücülərinə XƏBƏRDARLIQ – Bu yollar BAĞLANIR

01/05/2026 11:13
55
Kiməsə borc verib ala bilmirsinizsə, bu xəbəri mütləq OXUYUN

Kiməsə borc verib ala bilmirsinizsə, bu xəbəri mütləq OXUYUN

01/05/2026 11:11
54
“Bu layihələr Qarabağ və Şərqi Zəngəzurun simasını dəyişir”

“Bu layihələr Qarabağ və Şərqi Zəngəzurun simasını dəyişir”

01/05/2026 11:10
54
Deputatlar vacib məsələlərin müzakirəsi üçün toplandı – GÜNDƏLİK

Deputatlar vacib məsələlərin müzakirəsi üçün toplandı – GÜNDƏLİK

01/05/2026 11:03
53

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
ABŞ müharibədə uduzub? – İran səfirindən sensasion iddia

ABŞ müharibədə uduzub? – İran səfirindən sensasion iddia

30/04/2026 08:33
58

SON DƏQİQƏ: İsraildə gərginlik artır – ordu Netanyahunun qərarlarına qəzəbli

SON DƏQİQƏ: İsraildə gərginlik artır – ordu Netanyahunun qərarlarına qəzəbli

27/04/2026 09:37
62

TƏCİLİ: İran Hörmüz boğazı ilə bağlı ABŞ-a kritik təklif verdi!

TƏCİLİ: İran Hörmüz boğazı ilə bağlı ABŞ-a kritik təklif verdi!

27/04/2026 08:38
64

TƏCİLİ: ABŞ narkotik gəmisini vurdu – ölənlər var!

TƏCİLİ: ABŞ narkotik gəmisini vurdu – ölənlər var!

27/04/2026 08:17
67

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In