Astroloqlar 2026-cı ilin ikinci yarısı, xüsusilə də iyul-dekabr dövrü üçün böyük maraq doğuran proqnozlar yayıblar.
Planetlərin builki yerdəyişməsi, xüsusən də uğur və bolluq gətirən Yupiterin iyul ayından etibarən Şir bürcünə keçməsi və karmik planet Saturnun Qoç bürcündəki hərəkəti bəzi bürclərin həyatında əsl dönüş nöqtəsi yaradacaq.
Sfera.az 2026-cı ilin son 6 ayında ulduzu ən çox parlayacaq və uğur qazanacaq bürclərin siyahısını təqdim edir.
İlin ikinci yarısının mütləq lideri və ən şanslısı Şir bürcləridir.
İyul ayından etibarən şans planeti Yupiterin bu bürcə daxil olması ilə Şirlərin həyatında karyerada kəskin yüksəliş, yeni gəlir mənbələri, xarici tərəfdaşlarla əlaqələr və uzaq səfərlər ön plana çıxacaq. Bu dövrdə ictimaiyyət arasında diqqət mərkəzində olacaq Şirlərin populyarlığı kəskin artacaq. Eyni zamanda, subay Şirlər üçün bu mərhələ həm də uzunmüddətli və ciddi bir sevgi münasibətinin başlanğıcı ilə yadda qalacaq.
Uğur dalğasından bəhrələnəcək digər bir bürc isə Oxatandır.
Oxatanlar üçün 2023-cü ildən bəri davam edən durğunluq və emosional sıxıntılar ilin ikinci yarısında tamamilə geridə qalacaq. Onların əsas uğur sahələri səyahətlər, fərqli şəhər və ya ölkələrlə bağlı layihələr, eləcə də maliyyə bolluğu olacaq. Riskli addımlardan qorxmayan Oxatanlar yeni ideyalarını reallaşdıraraq böyük sürpriz qazanclar əldə edəcəklər, bəxt onlara daha çox səfərlərdə və yeni tanışlıqlarda güləcək.
Astroloqlar 2026-cı ilin ikinci yarısını Balıqlar üçün “qisas və kompensasiya dövrü” adlandırıblar.
Uzun müddətdir bu bürcün üzərində olan Saturn təzyiqi və məhdudiyyətləri artıq başa çatır. Balıqlar daxili harmoniya, şəxsi uğur və emosional azadlıq əldə edəcəklər. Keçmişin yüklərindən və özlərini incidən insanlardan tamamilə uzaqlaşaraq daxili rahatlıq tapacaq Balıqlar üçün iş həyatında gözlənilməz qapılar açılacaq və onlar maddi cəhətdən xeyli güclənəcəklər.
Buğa bürcləri üçün isə ilin ikinci yarısı uzunmüddətli zəhmətin bəhrəsini toplamaq dövrüdür.
Onların əsas uğuru maliyyə sabitliyi, daşınmaz əmlak və investisiyalarla bağlı olacaq. İlin sonuna doğru hobbilərini real gəlir mənbəyinə çevirmək şansı qazanacaq Buğalar üçün avqust və noyabr ayları investisiyalar baxımından ən düşərli zamanlar hesab olunur. Bu bürclərin sevgi həyatında isə evlilik və ya ciddi öhdəliklər gündəmə gələ bilər.
Siyahıda yer alan sonuncu şanslı bürc isə Qoçdur. Böyük karmik planet Saturnun bu bürcdə qərarlaşması Qoçlara ciddi nizam-intizam gətirsə də, ilin ikinci yarısında onlar çəkdikləri zəhmətin mükafatını alacaqlar. Qoçların liderlik keyfiyyətləri ön plana çıxacaq. Çətin görünən və uzun müddətdir həll olunmayan məsələlər müsbət istiqamətdə dəyişəcək. Astroloqlar Qoçlara şanslarını qorumaq üçün sadəcə kortəbii və emosional xərclərdən uzaq durmağı tövsiyə ediblər. Ü
mumilikdə isə Çin təqviminə görə 2026-cı il Qırmızı Od Atı ili olduğundan, ilin ikinci yarısında cəsarətli, dinamik və yeniliklərə açıq olan hər kəsin ulduzu parlayacaq.














