Çərşənbə axşamı, May 26, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Zibil kimi atdığımız bu əşyalar əslində bizə pul qazandıra bilər — AÇIQLAMA

25/05/2026 22:08
Maraqlı
42 1
Zibil kimi atdığımız bu əşyalar əslində bizə pul qazandıra bilər — AÇIQLAMA
54
Baxış sayı

Məişət tullantılarının çeşidlənməsi ekoloji dayanıqlığın əsas istiqamətlərindən biri kimi qəbul edilsə də, Azərbaycanda bu praktika hələ geniş yayılmayıb. Bunun əsas səbəbləri ictimai maarifləndirmənin zəifliyi, infrastrukturun məhdudluğu və vərdişlərin formalaşmaması ilə bağlıdır. Nəticədə tullantıların böyük hissəsi çeşidlənmədən ümumi poliqonlara yönləndirilir ki, bu da həm ətraf mühitə, həm də resursların səmərəli istifadəsinə mənfi təsir göstərir.

 

Gündəm24.az bildirir ki, mövzu ilə bağlı ekoloq Sadiq Həsənov Demokrat.az-a bildirib ki, bərk məişət tullantılarının və ümumilikdə yaranan tullantıların təkrar emalı ciddi problemdir:

 

“Bu problem tək Azərbaycanda deyil, bütün dünyada geniş miqyasda müşahidə olunur. Bir çox tullantının təkrar emalı mümkün olmur. Onlar toplanır, müəyyən yerlərə daşınır və basdırılır və ya yandırılır. Yəni əsasən utilizasiya prosesi bu üsullarla həyata keçirilir, lakin tullantıların böyük bir hissəsi tam şəkildə emal olunmur. Azərbaycanda ümumilikdə yaranan tullantıların həcmi adam başına təxminən 421 kiloqram təşkil edir. Buraya həm sənaye tullantıları, həm də bərk məişət tullantıları daxildir. Bərk məişət tullantıları üzrə 2025-ci ildə təxminən 3 milyon 250 min ton tullantı yaranıb. Bu da adambaşına təxminən 320 kiloqram deməkdir. Buraya qida məhsullarından yaranan tullantılar, ev təsərrüfatlarında formalaşan plastik, kağız, karton, metal və digər tullantılar daxildir”.

 

Ekoloq deyib ki, təhlillərə görə tullantıların strukturunda plastik təxminən 8–10 faiz, şüşə 6–10 faiz, karton isə 10–12 faiz paya malikdir:

 

“Əsas hissə isə qida mənşəli üzvi tullantılardan ibarətdir. Metal tullantılar da müəyyən faiz təşkil edir. Ümumilikdə hesablamalara əsasən bərk məişət tullantılarının təxminən 60–70 faizi potensial olaraq təkrar emala yararlıdır.

 

Dünyada olduğu kimi Azərbaycanda da metal və kağız tullantılarının təkrar emalı nisbətən daha asandır. Plastik tullantıların emalı isə daha mürəkkəb və çətindir. Bu səbəbdən onlar əsasən toplanır və xüsusi müəssisələrə yönləndirilir. Şüşə tullantılarının emalı da asan proses deyil və ayrıca infrastruktur tələb edir. Ən optimal yanaşmalardan biri istehsalçıların qablaşdırma materiallarını geri qəbul etməsidir, lakin bu sistem hələ tam formalaşmayıb. Hazırda Azərbaycanda tullantıların təxminən 20–25 faizi təkrar emal oluna bilir. Onların bir hissəsi Balaxanıdakı tullantı emalı kompleksində yandırılaraq elektrik enerjisinə çevrilir. Digər hissəsi isə çeşidlənərək təkrar emala göndərilir və ya utilizasiya olunur. Balaxanı bərk məişət tullantılarının emalı üzrə əsas mərkəzlərdən biridir və illik emal gücü təxminən 500 min ton təşkil edir.

 

Qeyd etmək lazımdır ki, tullantıların çeşidlənməsi problemi bütün dünyada aktualdır. Bir çox ölkələrdə proses ev təsərrüfatlarından başlayır və tullantılar ayrı-ayrı qablara atılır. Azərbaycanda isə çeşidləmə üçün infrastruktur mövcud olsa da, toplanan tullantılar çox vaxt eyni nəqliyyat vasitəsi ilə daşındığı üçün proses effektiv olmur və çeşidləmə əsasən emal müəssisələrində aparılır.

 

Tullantıların idarə olunması sahəsində əsas qurum “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətidir. Tullantıların toplanması və daşınması isə yerli icra hakimiyyətləri yanında fəaliyyət göstərən müvafiq strukturlar tərəfindən həyata keçirilir”,- deyə bildirib.

 

Yəni evimizdən atdığımız zibillərin böyük hissəsini əslində yenidən istifadə etmək mümkündür, lakin düzgün çeşidləmə aparılmadığı üçün tonlarla yararlı xammal sadəcə poliqonlarda basdırılır və ya yandırılır.

Oxşarxəbərlər

Mətbəxdə əsla stəkanları belə düzməyin
Maraqlı

Mətbəxdə əsla stəkanları belə düzməyin

25/05/2026 21:52
54
Hər il telefon dəyişdirmək dəbi bitdi
Maraqlı

Hər il telefon dəyişdirmək dəbi bitdi

23/05/2026 08:17
52
Bu iki gün bəzi bürclərə uğurlu gələcək – QOROSKOP
Maraqlı

Bu iki gün bəzi bürclərə uğurlu gələcək – QOROSKOP

22/05/2026 10:55
53
Bura “Yadplanetlilər Adası” kimi tanınır – FOTOLAR
Maraqlı

Bura “Yadplanetlilər Adası” kimi tanınır – FOTOLAR

15/05/2026 20:20
71
Kondisioneri belə işlədəndə işıqpulu az yazır
Maraqlı

Kondisioneri belə işlədəndə işıqpulu az yazır

15/05/2026 18:37
59
“WhatsApp”da böyük YENİLİK
Maraqlı

“WhatsApp”da böyük YENİLİK

15/05/2026 09:39
61

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Cəlilabadda bir neçə yaşayış məntəqəsi qazsız qalıb

Cəlilabadda bir neçə yaşayış məntəqəsi qazsız qalıb

25/05/2026 23:55
52
Türkiyədə 4,2 bal gücündə zəlzələ oldu

Türkiyədə 4,2 bal gücündə zəlzələ oldu

25/05/2026 23:12
52
TƏCİLİ! Putin orduya yaşıl işıq yandırdı – Bu ölkələrə HÜCUM BAŞLAYIR

TƏCİLİ! Putin orduya yaşıl işıq yandırdı – Bu ölkələrə HÜCUM BAŞLAYIR

25/05/2026 22:31
54
Yeni qərar köhnə binaların qiymətini qaldırdı — AÇIQLAMA

Yeni qərar köhnə binaların qiymətini qaldırdı — AÇIQLAMA

25/05/2026 22:30
51

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Moskva Tehrana dəstək verdi — Lavrovdan diqqətçəkən açıqlama

Moskva Tehrana dəstək verdi — Lavrovdan diqqətçəkən açıqlama

22/05/2026 16:45
65

TƏCİLİ: Lavrovdan sərt mesaj — Müharibənin bitməsi üçün Rusiyanın şərti açıqlandı

TƏCİLİ: Lavrovdan sərt mesaj — Müharibənin bitməsi üçün Rusiyanın şərti açıqlandı

22/05/2026 16:38
58

Prezident Ərdoğan iqtisadi hədəfi açıqladı: “Türkiyə oyun dəyişdirici olacaq”

Prezident Ərdoğan iqtisadi hədəfi açıqladı: “Türkiyə oyun dəyişdirici olacaq”

22/05/2026 15:14
56

TƏCİLİ: Putinə rəsmi dəvət — Vyetnamdan Moskvaya kritik mesaj

TƏCİLİ: Putinə rəsmi dəvət — Vyetnamdan Moskvaya kritik mesaj

22/05/2026 14:45
63

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.