Çərşənbə, İyun 3, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak etdi – FOTO

03/06/2026 12:02
Manşet, Siyasət
44 1
İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak etdi – FOTO
57
Baxış sayı

Azərbaycan Prezidenti İlham Əliyev Mərkəzi Bankın yeni inzibati binasının açılışında iştirak edib.

Gündəm24.az  xəbər verir ki, Mərkəzi Bankın sədri Taleh Kazımov dövlət başçısına binada yaradılmış şərait barədə məlumat verib.

Yeni bina paytaxtın Heydər Əliyev prospektində yerləşir. Müasir şəhərsalma prinsiplərinə uyğun inşa edilmiş bina yüksək funksionallığa və qabaqcıl texnoloji göstəricilərə malikdir.

Prezident İlham Əliyev milli pul nişanlarının konseptual yanaşmasının, dizayn xüsusiyyətlərinin və texnoloji inkişaf xəttinin müasir təqdimat üsulları ilə nümayiş olunduğu sərgiyə baxıb.

Bildirilib ki, sərgidə milli pul nişanlarının tarixi, inkişaf mərhələləri, dizayn və mühafizə elementləri əks olunub.

Bina 35 mərtəbədən ibarətdir, burada ümumilikdə 1300 nəfərlik iş sahəsi, konfrans və mətbuat zalları, müxtəlif təlim və toplantı otaqları var.

Yeni binanın layihələndirilməsi zamanı əlçatanlıq və inklüzivlik prinsiplərinə xüsusi diqqət yetirilib, fiziki məhdudiyyətli şəxslərin binaya rahat və təhlükəsiz şəkildə girişinin, həmçinin sərbəst hərəkətinin təmin edilməsinə imkan verən infrastruktur yaradılıb.

Binada rəsmi görüş və toplantılar üçün 25 otaq nəzərdə tutulur. Otaqların hamısı zəruri avadanlıqla təchiz olunub.

Yüksək keyfiyyət, təhlükəsizlik və dayanıqlı inkişaf standartlarına cavab verən binada müasir texnologiya və informasiya sistemləri də quraşdırılıb.

Burada, həmçinin əməkdaşların asudə vaxtının səmərəli təşkili məqsədilə istirahət məkanı yaradılıb, 340 nəfərlik yeməkxana da onların ixtiyarına veriləcək.

Müxtəlif tədbirlərin və təqdimatların keçiriləcəyi 240 nəfərlik konfrans zalında isə hər bir şərait mövcuddur.

Gecə saatlarında binanın vizual tanınmasını təmin edən multimedia fasad sistemi müxtəlif işıq ssenarilərinin və proyeksiyaların tətbiqinə imkan verir. Fasad da daxil olmaqla, ərazinin və binanın işıqlandırılması hərəkət sensorlu LED texnologiyası ilə təchiz olunub. Bu isə öz növbəsində günün işıqlı saatlarında elektrik enerjisinə qənaət etməyə imkan verir.

Oxşarxəbərlər

Prezident bu şəxslərin pul təminatı qaydasını DƏYİŞDİ-FƏRMAN
Manşet

Prezident bu şəxslərin pul təminatı qaydasını DƏYİŞDİ-FƏRMAN

03/06/2026 14:40
66
Qida yuxuya təsir edir? – EKSPERT AÇIQLADI
Manşet

Qida yuxuya təsir edir? – EKSPERT AÇIQLADI

03/06/2026 13:22
69
İstirahət üçün gəlmişdi, həyatını itirdi: Gənə təhlükəsi can aldı
Dünya

İstirahət üçün gəlmişdi, həyatını itirdi: Gənə təhlükəsi can aldı

03/06/2026 09:40
55
Nigeriyada Ebola həyəcanı: 10 ştat üçün fövqəladə xəbərdarlıq!
Dünya

Nigeriyada Ebola həyəcanı: 10 ştat üçün fövqəladə xəbərdarlıq!

03/06/2026 07:47
61
Dron hücumu faciəyə çevrildi: Avtobus vuruldu, ölənlər var
Dünya

Dron hücumu faciəyə çevrildi: Avtobus vuruldu, ölənlər var

03/06/2026 07:22
57
Həmin imza Bakıda atıldı: ABŞ Azərbaycana nə verəcək?
Manşet

Həmin imza Bakıda atıldı: ABŞ Azərbaycana nə verəcək?

02/06/2026 17:23
57

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Sumqayıt da DƏHŞƏT: 32 yaşlı kişini belə öldürdülər

Sumqayıt da DƏHŞƏT: 32 yaşlı kişini belə öldürdülər

03/06/2026 21:00
52
Sumqayıt da DƏHŞƏT: 32 yaşlı kişini belə öldürdülər

Sumqayıt da DƏHŞƏT: 32 yaşlı kişini belə öldürdülər

03/06/2026 21:00
50
Rövşən Muradov qəfil vəfat edib

Rövşən Muradov qəfil vəfat edib

03/06/2026 20:35
52
Toya hazırlaşanların diqqətinə

Toya hazırlaşanların diqqətinə

03/06/2026 19:47
53

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
İstirahət üçün gəlmişdi, həyatını itirdi: Gənə təhlükəsi can aldı

İstirahət üçün gəlmişdi, həyatını itirdi: Gənə təhlükəsi can aldı

03/06/2026 09:40
55

Nigeriyada Ebola həyəcanı: 10 ştat üçün fövqəladə xəbərdarlıq!

Nigeriyada Ebola həyəcanı: 10 ştat üçün fövqəladə xəbərdarlıq!

03/06/2026 07:47
61

Dron hücumu faciəyə çevrildi: Avtobus vuruldu, ölənlər var

Dron hücumu faciəyə çevrildi: Avtobus vuruldu, ölənlər var

03/06/2026 07:22
57

TƏCİLİ: İsrail Tir şəhərini bombaladı – Livanda vəziyyət yenidən alovlandı

TƏCİLİ: İsrail Tir şəhərini bombaladı – Livanda vəziyyət yenidən alovlandı

28/05/2026 08:28
64

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In