Virus infeksiyalarının ağır keçməsi və fəsadlaşması baxımından müəyyən xəstəliklərdən əziyyət çəkən şəxslər risk qrupuna daxildirlər. Bu qrupa immunçatışmazlığı olanlar, xroniki xəstəlikləri və metabolik pozuntuları olan şəxslər, eləcə də hamilə qadınlar və ahıl insanlar aiddir.
Gündəm24.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, kiçik yaşlı uşaqlarla yanaşı, anadangəlmə və ya qazanılmış immunçatışmazlığı olan şəxslər də viruslara qarşı həssas hesab edilirlər.
Həmçinin tənəffüs yollarının, sinir sisteminin, həzm sistemi orqanlarının və böyrəklərin ağır xroniki xəstəliklərindən əziyyət çəkənlər, eləcə də şəkərli diabet kimi metabolik pozuntuları olan şəxslər xəstəliyin ağır gedişi və fəsadlaşması baxımından risk qrupuna daxildirlər.
Hamilə qadınlar və ahıl şəxslər də bu qrupa aid edilirlər.\\yenisabah













