Culfada səkkiz gün əvvəl baş verən yanğında xəsarət alan 22 yaşlı qadın vəfat edib.
Gündəm24.az xəbər verir ki, həkimlərin səylərinə baxmayaraq, 2004-cü il təvəllüdlü Fidan Dünyamin qızı Zeynalovaiyunun 19-da müalicə aldığı xəstəxanada həyatını itirib.
Xatırladaq ki, hadisə iyunun 11-də Culfa şəhərindəki beşmərtəbəli yaşayış binasının ikinci mərtəbəsində qeydə alınıb. Yanğın nəticəsində 2023-cü il təvəllüdlü Emil Cəfər oğlu Zeynalov ölüb.













