Şənbə, İyun 20, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Bakıda iş saatları dəyişdirilir: Belə tətbiq ediləcək

20/06/2026 12:35
CƏMİYYƏT
44 2
Bakıda iş saatları dəyişdirilir: Belə tətbiq ediləcək
58
Baxış sayı

Bakıda iş vaxtlarının fərqli saatlarda başlaması üçün konkret addımlar atılacaq. Nəqliyyatı Əlaqələndirmə Şurası tərəfindən aparılan təhlillərin yaxın zamanlarda tamamlanması nəzərdə tutulur.

Gündəm24.az mövzu ilə bağlı “Kaspi” qəzetinin məqaləsini təqdim edir:

Paytaxtda iş qrafiklərinin mərhələli şəkildə dəyişdirilməsi və işə başlama saatlarının fərqləndirilməsi məsələsi yenidənn gündəmə gəlib. “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı”nda əksini tapan bu məsələ paytaxtda nəqliyyat sıxlığının azaldılması istiqamətində nəzərdən keçirilən mexanizmlərdən biri hesab olunur. Sənədə əsasən, dövlət orqanlarının, təhsil və tibb müəssisələrinin, habelə digər hüquqi və fiziki şəxslərin iş rejiminin dəyişkən iş qrafikinə əsasən təşkili nəzərdə tutulur.

 

Paytaxtda fərqli iş qrafikləri tətbiq olunacaq: Tıxaclar azalacaq? - FOTOYaxın vaxtlarda konkret addımların atılması gözlənilir

Millət vəkili Vüqar Bayramov mətbuata açıqlamasında bildirib ki, bu istiqamətdə artıq yaxın vaxtlarda konkret addımların atılması gözlənilir və proses məhz 2026-ci ilin sonuna qədər həyata keçiriləcək:

“Dəyişkən iş qrafikinin tətbiqi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Elm və Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, TƏBİB və Nəqliyyatı Əlaqələndirmə Şurası tərəfindən aparılan təhlillər yaxın zamanlarda tamamlanmalıdır. Bununla da, Nazirlər Kabineti tərəfindən təsdiq ediləcək siyahılara əsasən, dəyişkən iş rejimi təşkil olunacaq”.

Deputat bildirib ki, fərqli işə başlama saatları nəqliyyat yüklənməsini bölüşdürür və səhər-axşam pik vaxtlarda sıxlığı azaldır:

 

Paytaxtda fərqli iş qrafikləri tətbiq olunacaq: Tıxaclar azalacaq? - FOTO“Avropa təcrübəsi göstərir ki, dəyişkən iş qrafiki yol-nəqliyyat sıxlığını azaldır, ictimai nəqliyyatda yüklənməni bölüşdürür, işçi məhsuldarlığını artırır və şəhər infrastrukturuna düşən təzyiqi azaldır”.

V.Bayramov qeyd edib ki, dəyişkən iş qrafikinin tətbiqi nəqliyyat sıxlığını tam aradan qaldırmaq deyil, azaltmaq üçün tətbiq olunur. Belə ki, nəqliyyatda sıxlığın aradan qaldırılması infrastrukturun genişləndirilməsi ilə yanaşı, oxşar digər dolayı tədbirlərin icrasından birbaşa asılıdır.

 

Paytaxtda fərqli iş qrafikləri tətbiq olunacaq: Tıxaclar azalacaq? - FOTOAvropada da dəyişkən iş rejimi tətbiq edilir

Qeyd edək ki, bir çox inkişaf etmiş ölkələrdə, xüsusilə Avropada dəyişkən iş rejiminin artıq tətbiq olunduğu və bu modelin konkret nəticələr verdiyi bildirilir. Nəqliyyat üzrə elmi araşdırmalar da göstərir ki, insanların hamısının eyni saatda işə başlaması nəqliyyat sistemində “pik yük” yaradır. İşə başlama vaxtlarının fərqləndirilməsi isə nəqliyyat axınını gün ərzində daha bərabər bölüşdürərək hərəkət sürətini artıra və səfər müddətini azalda bilər.

 

Paytaxtda fərqli iş qrafikləri tətbiq olunacaq: Tıxaclar azalacaq? - FOTOCəmiyyətdə bu dəyişikliyin tıxacların azalmasına real təsirinin necə olacağı böyük maraq doğurur. Ekspertlər arasında bu addımın paytaxtdakı xroniki tıxac probleminin həllinə nə dərəcədə təsir göstərə biləcəyi ilə bağlı fərqli yanaşmalar mövcuddur.

 

Paytaxtda fərqli iş qrafikləri tətbiq olunacaq: Tıxaclar azalacaq? - FOTOİqtisadçı Elşən Bağırzadənin sözlərinə görə, dünya təcrübəsində çox az ölkədə iş saatlarını məhz tıxaca görə tənzimləmək təcrübəsi mövcuddur:

“İş saatları daha çox şəhərin havasına, iqtisadi mühitinə görə tənzimlənir. Məsələn, ərəb ölkələrində hava çox isti olduğu üçün onlarda iş səhər 8:00-da başlayır və günorta 13:00-a kimi davam edir. Bundan sonra işçilər evə gedirlər. Onlar bir də axşamüstü 17:00-da yenidən işə gəlirlər və 20:00-ə qədər işləyirlər. Bizdə bəzi iş yerlərində insanlar 15:00-a qədər işləyirlər, sonra sosial həyatlarının ardınca gedirlər. İş qrafikinin bölünməsi o zaman effekt gətirər ki, bu bölgü düzgün olsun”.

İqtisadçının fikrincə, Bakıda tıxaclara ən çox təsir göstərən orta məktəblərə gedənlərdir:

“Tələbələr daha çox metrodan istifadə edirlər. Amma uşaqları məktəbə adətən taksilərlə, şəxsi maşınlarla aparırlar. Bu da yollarda sıxlığa səbəb olur”.

Ekspertin fikrincə, iş qrafikinin düzgün bölünməsinin tıxaclara tam deyil, yalnız müəyyən təsiri ola bilər:

“Burada ən önəmli məsələ koordinasiyanın pozulmaması – müəssisələrin bir-biri ilə əlaqələrinin qorunub saxlanması vacib amildir. İş qrafikinin bir saat fərqli olması gün ərzində iki saat itkiyə bərabərdir. Bir-birindən asılı olmayan təşkilatlar üçün fərqli iş saatları olmalıdır ki, itki baş verməsin”.

 

Paytaxtda fərqli iş qrafikləri tətbiq olunacaq: Tıxaclar azalacaq? - FOTONəzərdə tutulan 67 tədbirdən biri

Hüquq müdafiəçisi Sahib Məmmədov da iş qrafikinin dəyişdirilməsinin nəqliyyat tıxaclarının aradan qaldırılmasında mühüm rol oynayacağına şübhə ilə yanaşır. Onun sözlərinə görə, Bakı şəhərinin nəqliyyat infrastrukturunun tənzimləməsini nəzərdə tutan Dövlət Proqramında yeni yolların çəkilməsi, körpülərin salınması, keçidlərin qurulması və s. kimi 67 tədbir nəzərdə tutulub. Bunlardan biri də iş qrafiklərinin tənzimlənməsi ilə bağlıdır:

“İş qrafiki, məktəblərdə tənzimləyici tədbirlərin görülməsi əlavə tədbirlər kimi nəzərdə tutulub. Bu, yalnız dövlət sektorunda mümkün ola bilər. Xırda özəl müəssisələrdə – ticarət obyektlərində, kiçik ofislərdə kim qrafikin tənzimlənməsinə nəzarət edəcək? Dövlət sektorunun da hamısında bunu etmək mümkün deyil. Elə iri zavodlar var ki, onlar 24/7 saat növbə rejimində işləyirlər. Orada bu tənzimləmə alınmayacaq”.

S.Məmmədovun sözlərinə görə, bəzi dövlət orqanları var ki, onlarla bağlı təkliflər Nazirlər Kabinetinə təqdim edilib:

 

Paytaxtda fərqli iş qrafikləri tətbiq olunacaq: Tıxaclar azalacaq? - FOTO“Dövlət Proqramında da nəzərdə tutulan odur ki, dövlət orqanları təkliflər versin. Verilən təkliflərə baxılacaq və ondan sonra qərar veriləcək. Amma açığı, şəxsən mən bu keçidin ciddi fayda verəcəyinə inanmıram. Bu, 67 tədbirin kontekstində, yalnız bir az kömək edə bilər”.

Oxşarxəbərlər

Xəzər geri çəkilir: Sahil xətti onlarla kilometr dəyişib
CƏMİYYƏT

Xəzər geri çəkilir: Sahil xətti onlarla kilometr dəyişib

20/06/2026 14:23
50
MEDİA: “Bəzi saytlarda şişirdilmiş başlıqlar süni ajiotaj yaradıb”
CƏMİYYƏT

MEDİA: “Bəzi saytlarda şişirdilmiş başlıqlar süni ajiotaj yaradıb”

20/06/2026 14:10
50
Avtobusda bu qaydanı pozan sərnişinlər CƏRİMƏLƏNƏCƏK
CƏMİYYƏT

Avtobusda bu qaydanı pozan sərnişinlər CƏRİMƏLƏNƏCƏK

20/06/2026 12:56
67
Boşanmaq çarə olmadı: Keçmiş həyat yoldaşı ilə evlənənlərin sayı açıqlandı
CƏMİYYƏT

Boşanmaq çarə olmadı: Keçmiş həyat yoldaşı ilə evlənənlərin sayı açıqlandı

20/06/2026 12:49
55
Nazir Dilqəm Məhərrəmova vəzifə verdi – FOTO
CƏMİYYƏT

Nazir Dilqəm Məhərrəmova vəzifə verdi – FOTO

20/06/2026 12:23
54
“Azəriqaz” siyahını açıqladı: Bu şəxslər qazsız qala bilər
CƏMİYYƏT

“Azəriqaz” siyahını açıqladı: Bu şəxslər qazsız qala bilər

20/06/2026 12:19
55

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

26 yaşlı gənc Qarabağ kanalında batdı

26 yaşlı gənc Qarabağ kanalında batdı

20/06/2026 15:33
50
Türkiyədə iki zəlzələ oldu

Türkiyədə iki zəlzələ oldu

20/06/2026 15:21
50
Bakıda gecə klubunda turistə 1270 manat hesab gəldi – VİDEO

Bakıda gecə klubunda turistə 1270 manat hesab gəldi – VİDEO

20/06/2026 14:48
50
Xəzər geri çəkilir: Sahil xətti onlarla kilometr dəyişib

Xəzər geri çəkilir: Sahil xətti onlarla kilometr dəyişib

20/06/2026 14:23
50

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Peskovdan sərt açıqlama: “Kiyev üçün vəziyyət tezliklə fəlakətli olacaq”

Peskovdan sərt açıqlama: “Kiyev üçün vəziyyət tezliklə fəlakətli olacaq”

19/06/2026 14:52
55

“Kızılcık Şerbeti”nin ulduzu Ece İrtemin ölümü ilə bağlı şok iddia ortaya çıxdı

“Kızılcık Şerbeti”nin ulduzu Ece İrtemin ölümü ilə bağlı şok iddia ortaya çıxdı

19/06/2026 14:45
59

Trampdan qalmaqallı açıqlama: “Mən olmasaydım, İsrail məhv olardı”

Trampdan qalmaqallı açıqlama: “Mən olmasaydım, İsrail məhv olardı”

19/06/2026 14:20
58

Qərbi Azərbaycanın gizli xəzinəsi – Şəmşəddil mahalı

Qərbi Azərbaycanın gizli xəzinəsi – Şəmşəddil mahalı

19/06/2026 10:14
66

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.