35 yaşlı kişi döyülərək öldürülüb. İddiaya görə, o, qızını istədiyi şəxs tərəfindən döyülüb.
Gündəm24.az Xezerxeber.az-a istinadən xəbər verir ki, qətl hadisəsi Mingəçevirdə baş verib. Məlumata görə, hadisə şəhər ərazisində yerləşən kafelərdən birinin qarşısında qeydə alınıb.
Qətlə yetirilən 35 yaşlı Tural Bəhrəmli 44 günlük Vətən müharibəsi iştirakçısı olub. O , orta məktəbdə gözətçi işləyib. Anası Gülsəba Bayramova baş verən hadisə ilə bağlı təfərrüatları danışıb.
Gülsəba Bəhrəmova deyir ki, oğlu onu döyən şəxsin qızını istəyib. Hadisə də bu səbəbdən ola bilər.














