Sumqayıtda yol-nəqliyyat hadisəsi nəticəsində üç nəfər xəsarət alıb.
Gündəm24.az xəbər verir ki, hadisə şəhərin Koroğlu prospektində baş verib. İlkin məlumata görə, 2003-cü il təvəllüdlü Şəmsəddin Əmrullayevin idarə etdiyi “Mercedes-Benz C180” markalı minik avtomobili hərəkətdə olarkən sürücünün idarəetməsindən çıxaraq yol kənarındakı ağaca çırpılıb.
Qəza nəticəsində avtomobildə olan sərnişinlər – Zakir İbrahimli, Leyla Maluni və İlkin Qurbanov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar təcili tibbi yardım vasitəsilə xəstəxanaya çatdırılıb. Hadisənin başvermə səbəblərinin müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır.













