Şənbə, İyun 27, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Bu şəxlsər üçün kritik 48 saat – Ölümcül ola bilər

27/06/2026 18:10
CƏMİYYƏT
40 2
Bu şəxlsər üçün kritik 48 saat – Ölümcül ola bilər
53
Baxış sayı

İyunun son günlərində Yer kürəsində geomaqnit aktivliyində artım müşahidə olunacaq. Mütəxəssislər bildirirlər ki, güclü maqnit qasırğası gözlənilməsə də, bəzi günlərdə orta səviyyəli təsirlər hiss oluna bilər. Məlumata görə, 26 və 27 iyun tarixlərində geomaqnit aktivliyi nisbətən yüksək olacaq. Bu günlərdə Kp indeksi 3,7 səviyyəsinə çata bilər ki, bu da orta dərəcəli geomaqnit pozuntusu hesab olunur. Xüsusilə səhər və axşam saatlarında təsirin daha cues hiss ediləcəyi qeyd edilir. 28 iyunda aktivliyin tədricən azalacağı və Kp indeksinin 3 səviyyəsinə enəcəyi gözlənilir. 29 və 30 iyun tarixlərində isə Günəş aktivliyinin zəifləyəcəyi, geomaqnit sahəsinin əsasən sabit qalacağı bildirilir. Mütəxəssislər vurğulayırlar ki, bu göstəricilər təhlükəli səviyyə hesab edilmir və əksər insanlar heç bir narahatlıq hiss etməyə bilər. Bununla belə, meteohəssas şəxslər, yaşlı insanlar, hamilə qadınlar və ürək-damar xəstəliklərindən əziyyət çəkənlərdə bəzi əlamətlər yarana bilər. Bu əlamətlər arasında baş ağrısı, yorğunluq, yuxu pozğunluğu, təzyiq dəyişiklikləri, ürəkdöyünməsinin sürətlənməsi, əsəbilik və diqqət dağınıqlığı yer alır. Həkimlər belə günlərdə qəhvə və energetik içkilərin qəbulunu azaltmağı, kifayət qədər su içməyi, yüngül qidalanmağı və ən azı 7-8 saat yatmağı tövsiyə edirlər. Həmçinin təmiz havada gəzinti etmək və günün ən isti saatlarında uzun müddət birbaşa günəş altında qalmamaq məsləhət görülür.

 

Kosmik hava şəraitində baş verən dəyişikliklər hər nə qədər planetar miqyasda qlobal fəsadlar törətməsə də, insan orqanizmi üzərindəki bioloji təsirləri hər zaman müzakirə mövzusu olub. Kosmosdan gələn radiasiya və plazma dalğalarının Yerin geomaqnit sahəsini sıxması xüsusilə xroniki xəstəlikləri olan şəxslər üçün riskləri artırır. Həkimlər və mütəxəssislər bildirirlər ki, təzyiq və ürək-damar sistemində qəfil disbalans yaradan bu dövrlərdə vətəndaşların fərdi qorunma tədbirlərinə laqeyd yanaşması bəzən geri dönüşü olmayan ağır fəsadlara yol aça bilər.

 

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan tibb elmləri doktoru, professor Adil Qeybulla qeyd edib ki, geomaqnit aktivliyi dövründə xüsusilə qan-damar sistemi həssas olan şəxslər və infarkt riski daşıyanlar maksimum dərəcədə diqqətli olmalıdırlar: “Günəşdə baş verən partlayışlar və kosmik dalğalanmalar Yerin maqnit sahəsini pozduğu zaman bu, insan orqanizmindəki daxili mayelərin və qan dövranının mikrosirkulyasiyasına birbaşa təsir edir. Maqnit qasırğası günlərində qanın özlülüyü artır, yəni qan qatılaşmağa meyilli olur və hüceyrələrin oksigenlə təchizatı zəifləyir. Bu səbəbdən ürək-damar xəstəlikləri olanlar, hipertoniklər və yaşlı insanlar həmin günlərdə qəfil təzyiq sıçrayışları, dözülməz baş ağrıları və aritmiya ilə üzləşirlər. Həmin müddətdə həkim məsləhəti ilə qan durulducu və təzyiq tənzimləyici preparatların qəbulu rejimini dəqiq qorumaq şərtdir. Əks halda, damarlarda spazm və ya tromblaşma prosesi kəskinləşə bilər”.

 

Professorun sözlərinə görə, qasırğanın özü birbaşa ölümcül olmasa da, yaratdığı kəskin orqanik ağırlaşmalar müəyyən risk qrupları üçün həyati təhlükə daşıya bilər: “Cəmiyyətdə bəzən maqnit qasırğasının insanı birbaşa öldürə biləcəyinə dair səhv təsəvvürlər var. Bu, təbii ki, belə deyil. Amma məsələnin digər tərəfi var ki, qasırğa günlərində insult və infarkt hadisələrinin statistik göstəriciləri digər günlərə nisbətən nəzərəçarpacaq dərəcədə yüksəlir. Yəni əgər insanda ağır ürək çatışmazlığı, beyin qan dövranı pozğunluğu və ya kritik tromblaşma riski varsa, maqnit sahəsindəki dəyişiklik bu xəstəlikləri tetikləyərək ölümcül böhranlara yol aça bilər. Ona görə də meteohəssas və xroniki xəstələr bu günlərdə fiziki gərginlikdən uzaq durmalı, bədəni yoracaq ağır işlər görməməli, sinir sistemini qıcıqlandıran qəhvə, energetik içki və alkoqoldan tamamilə imtina etməlidirlər. Gün ərzində təmiz su qəbulunu artırmaq qanın təbii duruluğunu qorumaq üçün ən effektiv profilaktik addımdır”.

Oxşarxəbərlər

Oğlunun dəfninə qatılmayıb, məzarına getmir – “Onu torpaq altında təsəvvür edə bilmirəm”
CƏMİYYƏT

Oğlunun dəfninə qatılmayıb, məzarına getmir – “Onu torpaq altında təsəvvür edə bilmirəm”

27/06/2026 19:04
53
Azərbaycan Ordusu gücünə görə dünyada neçəncidir?
CƏMİYYƏT

Azərbaycan Ordusu gücünə görə dünyada neçəncidir?

27/06/2026 17:05
57
Bakıda motosikletçilərə qarşı REYD – VİDEO
CƏMİYYƏT

Bakıda motosikletçilərə qarşı REYD – VİDEO

27/06/2026 16:19
54
64 yaşlı kişi hərbi xidmətə çağırıldı
CƏMİYYƏT

64 yaşlı kişi hərbi xidmətə çağırıldı

27/06/2026 15:50
55
Köhnə dolları olanların diqqətinə: Banklar niyə imtina edir?
CƏMİYYƏT

Köhnə dolları olanların diqqətinə: Banklar niyə imtina edir?

27/06/2026 15:22
56
AZAL Bakı–Naxçıvan reyslərini ləğv etdi
CƏMİYYƏT

AZAL Bakı–Naxçıvan reyslərini ləğv etdi

27/06/2026 14:30
57

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Bakıda üç avtomobil toqquşdu, xəsarət alan var

Bakıda üç avtomobil toqquşdu, xəsarət alan var

27/06/2026 22:21
50
Bu ölkənin prezidentinin qərarı hər kəsi şoka saldı – Azərbaycanın da dostudur

Bu ölkənin prezidentinin qərarı hər kəsi şoka saldı – Azərbaycanın da dostudur

27/06/2026 22:07
53
Son dəqiqə qərarı: Bu ölkədə prezident postu ilə vidalaşır

Son dəqiqə qərarı: Bu ölkədə prezident postu ilə vidalaşır

27/06/2026 22:05
50
Almaniya müharibəyə hazırlaşır – Bundesver ordunu 3 dəfə böyütmək əmri verdi

Almaniya müharibəyə hazırlaşır – Bundesver ordunu 3 dəfə böyütmək əmri verdi

27/06/2026 21:56
53

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Basarkeçər: Göyçənin qoynunda unudulmayan Azərbaycan yurdu

Basarkeçər: Göyçənin qoynunda unudulmayan Azərbaycan yurdu

26/06/2026 10:10
86

Qafqazın Azərbaycan nəfəsi – Borçalı mahalının tarixi və mədəniyyəti

Qafqazın Azərbaycan nəfəsi – Borçalı mahalının tarixi və mədəniyyəti

25/06/2026 10:18
72

Qafqazın Azərbaycan nəfəsi – Borçalı mahalının tarixi və mədəniyyəti

25/06/2026 10:17
55

Qərbi Azərbaycanın qəlbində bir yurd – Ağbaba mahalı

Qərbi Azərbaycanın qəlbində bir yurd – Ağbaba mahalı

24/06/2026 11:12
87

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.