Bazar ertəsi, İyun 29, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Hacı Surxaydan məsciddə çəkilmiş görüntülərlə bağlı – Açıqlama

29/06/2026 12:01
CƏMİYYƏT
42 2
Hacı Surxaydan məsciddə çəkilmiş görüntülərlə bağlı – Açıqlama
56
Baxış sayı

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurasının üzvü Hacı Surxay Məmmədlinin məsciddə Mütləq Döyüş Çempionatını (UFC) izləməsini əks etdirən görüntülər yayılıb. 

 

Gündəm24.az   xəbər verir ki, həmin video sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Görüntülərdən aydın olur ki, Hacı Surxay məsciddə gecənin əsas döyüşü olan Rafael Fiziyev – Manuel Torres qarşılaşmasını izləyib və Fiziyevin qələbəsinə sevinib. Lakin bu, izləyicilər tərəfindən birmənalı qarşılanmayıb. Bəziləri ibadət ocağında belə izləmənin düzgün olmadığını qeyd edib.

 

Məsələ ilə əlaqədar saytımıza açıqlama verən Hacı Surxay bildirib ki, burada qeyri-etik və ya dinə zidd məqam yoxdur: “İslam dini sadəcə ibadət rituallarından ibarət deyil; o, həyatın özüdür, gözəl əxlaqdır və cəmiyyətlə bütövləşməkdir. Məscidlər isə təkcə namaz qılınan məkan deyil, həm də möminlərin bir araya gəldiyi, bir-birinin sevincini və kədərini paylaşdığı mənəvi evimizdir.

 

Mənim orada döyüşünü izlədiyim gənc sıradan bir idmançı deyil. O, bizim məscidə gələn, namaz qılan, əxlaqı ilə hər kəsə nümunə olan, qəlbi vətən sevgisi ilə döyünən bir mömin qardaşımızdır. O, beynəlxalq arenada Azərbaycanı təmsil edir, üçrəngli bayrağımızı ucaldır, dövlətimizin adını idman dünyasında tanıdır. Bir din xadimi, bir imam olaraq, öz gəncimizin vətənpərvərlik və idman uğuruna sevinmək, ona mənəvi dəstək olmaq mənim həm insani, həm də dini vəzifəmdir.

 

 

 

Peyğəmbərimizin dövründə də məscidlərdə cəmiyyətin müxtəlif sosial məsələləri müzakirə olunar, gənclərin fiziki hazırlığına və güclü olmasına önəm verilərdi. Güclü və sağlam mömin zəif mömindən daha xeyirlidir. Biz gənclərimizin qələbə sevincini məsciddə paylaşmaqla onlara tək olmadıqlarını, dinimizin onların halal uğurlarını dəstəklədiyini göstəririk. Burada tənqid olunası heç bir qeyri-etik və ya dinə zidd məqam yoxdur. Əksinə, gəncliyə sahib çıxmaq var”.

 

Hacı Surxay əlavə edib ki, belə gənclərin arxasında olmalı, onlara dəstək verilməlidir: “Biz dövlətinə, bayrağına, xalqına xidmət edən hər bir gəncin arxasındayıq. Mətbuatdan və ictimaiyyətdən də xahiş edirəm ki, məsələlərə zahiri pərdə arxasından deyil, mahiyyəti ilə baxsınlar. Biz o döyüşü izləyərkən sadəcə bir idman yarışı görmürdük; biz orada Azərbaycan gəncinin əzmini, bayrağımızın dalğalanma ehtimalının həyəcanını yaşayırdıq.

 

Uca Allah gənclərimizi, idmançılarımızı və dövlətimizi qorusun. Biz bundan sonra da vətəninə xidmət edən hər bir övladımıza xeyir-dua verməyə və onların yanında olmağa davam edəcəyik”.

 

Qeyd edək ki, Mütləq Döyüş Çempionatının (UFC) Bakıda təşkil olunan turnirinin əsas döyüşündə Azərbaycan təmsilçisi Rafael Fiziyev meksikalı Manuel Torreslə üz-üzə gəlib. Yüngül çəkidəki görüşdə R.Fiziyev rəqibinə qalib gəlib.

Qafqazinfo

Oxşarxəbərlər

SON DƏQİQƏ! Məktəblərdə bu qadağan edildi:Nazir İMZALADI
CƏMİYYƏT

SON DƏQİQƏ! Məktəblərdə bu qadağan edildi:Nazir İMZALADI

29/06/2026 16:43
50
Demokratiya TV-nin rəhbəri həbs edildi
CƏMİYYƏT

Demokratiya TV-nin rəhbəri həbs edildi

29/06/2026 14:53
52
Xəbərdarlıq: Bakıya doğru gəlir – elə istilər olacaq ki…
CƏMİYYƏT

Xəbərdarlıq: Bakıya doğru gəlir – elə istilər olacaq ki…

29/06/2026 14:46
53
Pensiyanı birdəfəlik almaq mümkün olacaq? – Vacib detallar açıqlandı
CƏMİYYƏT

Pensiyanı birdəfəlik almaq mümkün olacaq? – Vacib detallar açıqlandı

29/06/2026 14:19
52
Aynurə Səmədovaya AZAL-da vəzifə verildi
CƏMİYYƏT

Aynurə Səmədovaya AZAL-da vəzifə verildi

29/06/2026 14:13
51
SON DƏQİQƏ: Bu şəxslərə kommunal güzəştlər edilə bilər…
CƏMİYYƏT

SON DƏQİQƏ: Bu şəxslərə kommunal güzəştlər edilə bilər…

29/06/2026 13:22
53

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

SON DƏQİQƏ! Məktəblərdə bu qadağan edildi:Nazir İMZALADI

SON DƏQİQƏ! Məktəblərdə bu qadağan edildi:Nazir İMZALADI

29/06/2026 16:43
50
Tanınmış idmançımız VƏFAT ETDİ

Tanınmış idmançımız VƏFAT ETDİ

29/06/2026 16:04
50
İlham Əliyev Fərman imzaladı

İlham Əliyev Fərman imzaladı

29/06/2026 15:04
53
İlham Əliyev imzaladı:Tələb ləğv edildi

İlham Əliyev imzaladı:Tələb ləğv edildi

29/06/2026 14:58
52

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Qərbi Azərbaycanın yaşıl incisi – Karvansara (Dilican)

Qərbi Azərbaycanın yaşıl incisi – Karvansara (Dilican)

29/06/2026 11:14
74

Basarkeçər: Göyçənin qoynunda unudulmayan Azərbaycan yurdu

Basarkeçər: Göyçənin qoynunda unudulmayan Azərbaycan yurdu

26/06/2026 10:10
88

Qafqazın Azərbaycan nəfəsi – Borçalı mahalının tarixi və mədəniyyəti

Qafqazın Azərbaycan nəfəsi – Borçalı mahalının tarixi və mədəniyyəti

25/06/2026 10:18
77

Qafqazın Azərbaycan nəfəsi – Borçalı mahalının tarixi və mədəniyyəti

25/06/2026 10:17
57

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.