Dənizdə istirahət edən müştəri ilə kuryer arasında mübahisə yaşanıb.
Gündəm24.az xəbər verir ki, belə ki, müştəri sifarişini sahildə deyil, dənizdə oturduğu yerə gətirməyi tələb edib. Kuryer bunun mümkün olmadığını izah etməyə çalışsa da, müştəri tələbində israr edib.
Buna əsəbləşən kuryer müştərinin sifarişini çatdırmaqdan imtina edib və sifarişi özü yeyib. Həmin anlar qısa zamanda sosial şəbəkələrdə geniş yayılaraq istifadəçilər arasında müzakirələrə səbəb olub













