Şənbə, Oktyabr 10, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Avtomobil bazarında qiymətlər necə dəyişdi? — AQP təhlili

17/08/2026 09:51
İqtisadiyyat
803 42
Avtomobil bazarında qiymətlər necə dəyişdi? — AQP təhlili
699
Paylaşım sayı
971
Baxış sayı

Bu ilin iyul ayında Azərbaycan avtomobil bazarında ucuzlaşma qeydə alınıb.

Gündəm24.az  Azərbaycan Qiymətləndiricilər Palatasındana istinadən xəbər verir ki, iyun ayı ilə müqayisədə 900 manat və ya 5 % azalma qeydə alınsa da, AQP avtomobil qiymət indeksinin təhlili bu dəyişikliklərin əsasən bazarın təklif strukturunun yenilənməsi ilə bağlı olduğunu göstərir.

AQP-nin dəyişən struktur üzrə hesablanan indeksi iyulda 98,3, iyunda isə 103,5 səviyyəsində olub. Lakin marka və modellərin bazardakı çəkisi sabit saxlanıldıqda indeks 103,1, eyni model və buraxılış ili üzrə müqayisədə isə 103,3 təşkil edib. Bu nəticə real qiymət dəyişməsinin cəmi 0,2-0,4 % intervalında olduğunu göstərir. Beləliklə, iyul ayında avtomobillərin kütləvi ucuzlaşması müşahidə edilməyib.

Təhlilə əsasən, iyulda ümumi təklifdə aşağı və orta qiymətli, nisbətən köhnə avtomobillərin payı artıb, bahalı və premium avtomobillərin payı isə azalıb. Məhz bu struktur dəyişikliyi xam median qiyməti aşağı çəkib. Sabit struktur üzrə hesablamalar isə bazarda qiymətlərin əsasən dəyişməz qaldığını göstərir.

AQP-nin iyul ayı üzrə hedonik qiymət modeli 25 mindən artıq müşahidə və bazarda ən aktiv 120 marka-model əsasında qurulub. Model avtomobilin yaşı, yürüşü, marka və modeli, mühərrik göstəriciləri, transmissiyası, ötürücü sistemi, ban növü və texniki vəziyyəti kimi amillərin qiymətə təsirini ayrıca qiymətləndirib. Modelin izahetmə qabiliyyəti 93,3 % təşkil edib.

Hesablamalara görə, avtomobilin qiymətinə ən güclü davamlı təsir edən amil istismar müddətidir. Əlavə hər bir istismar ili avtomobilin bazar qiymətini orta hesabla 6,1 % azaldır. Yürüşün ayrıca təsiri isə daha zəifdir: hər əlavə min kilometr qiyməti orta hesabla 0,0256 % aşağı salır. Bu göstərici 50 min kilometr üçün təxminən 1,27 % təşkil edir.

Transmissiya növü də qiymət fərqinin formalaşmasında rol oynayır. Digər xüsusiyyətləri eyni olan avtomobillərdə mexaniki transmissiya avtomat transmissiya ilə müqayisədə orta hesabla 6,3 % aşağı qiymətləndirilir. Qəza tarixçəsi avtomobilin bazar dəyərinə əhəmiyyətli təsir göstərən digər amildir. İyul ayı üzrə hedonik hesablamalara əsasən, təmir edilmiş qəza tarixçəli avtomobildə qalıq əmtəə dəyəri itkisi təxminən 5,2 %-dir. Təmir olunmamış zədəli avtomobillərdə ümumi bazar zərəri isə təxminən 21 % qiymətləndirilir. Bunun 15,8 %-nin təmir xərci ekvivalenti, 5,2 %-nin isə təmirdən sonra qalan dəyər itkisi olduğu hesablanır.

Məsələn, qəzasız bazar dəyəri 25 min manat olan avtomobildə təmir olunmamış zədənin bazar təsiri təxminən 5,2 min manat ola bilər. Lakin bu rəqəm servis smetası deyil və konkret zərərin müəyyənləşdirilməsi üçün zədələnmiş detallar, ehtiyat hissələri, işçilik və ekspert qiymətləndirməsi nəzərə alınmalıdır. Ümumilikdə, iyul ayında Azərbaycan avtomobil bazarında müşahidə olunan 5 %-lik median azalması real bazar ucuzlaşmasından daha çox təklif strukturunun dəyişməsi ilə izah olunur. Eyni model və buraxılış ili üzrə qiymətlərin cəmi 0,2 %, sabit model çəkiləri üzrə isə 0,4 % azalması bazarda kəskin qiymət enməsinin olmadığını təsdiqləyir. Xatırladaq ki, AQP hər ay daşınmaz əmlak, avtomobil və tikinti indekslərini açıqlayır.

Oxşarxəbərlər

Qızılı olanlara ŞAD XƏBƏR: Böyük qazanc sizi GÖZLƏYİR- RƏQƏMLƏR
İqtisadiyyat

Qızılı olanlara ŞAD XƏBƏR: Böyük qazanc sizi GÖZLƏYİR- RƏQƏMLƏR

08/10/2026 11:52
953
BOKT-larda kredit faizləri niyə yüksəkdir? – Ekspertdən AÇIQLAMA
İqtisadiyyat

BOKT-larda kredit faizləri niyə yüksəkdir? – Ekspertdən AÇIQLAMA

07/10/2026 16:00
953
Sizin evinizdə də qızıl varsa, pis xəbər
Manşet

Sizin evinizdə də qızıl varsa, pis xəbər

07/10/2026 14:39
963
Qızılın qiyməti 4 150 dollardan aşağı düşdü
İqtisadiyyat

Qızılın qiyməti 4 150 dollardan aşağı düşdü

06/10/2026 09:28
953
Bakıda şirkət ləğv edilir
İqtisadiyyat

Bakıda şirkət ləğv edilir

05/10/2026 22:32
959
Azərbaycanda bahalaşma gözlənilir?
İqtisadiyyat

Azərbaycanda bahalaşma gözlənilir?

05/10/2026 18:00
955

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Məktəbdə dini təbliğat müzakirələrə səbəb oldu – VİDEO

Məktəbdə dini təbliğat müzakirələrə səbəb oldu – VİDEO

10/10/2026 13:40
956
İstilər QAYIDIR-SABAHIN HAVASI

İstilər QAYIDIR-SABAHIN HAVASI

10/10/2026 13:12
957
İsmayıllıda ev və köməkçi tikili yanıb

İsmayıllıda ev və köməkçi tikili yanıb

10/10/2026 13:07
966
Avropaya neft tədarükündə dönüş: Saudi Aramco qərarını dəyişdi

Avropaya neft tədarükündə dönüş: Saudi Aramco qərarını dəyişdi

10/10/2026 12:57
971

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Cənubi Koreya Ukraynadakı səfirini geri çağırdı

Cənubi Koreya Ukraynadakı səfirini geri çağırdı

10/10/2026 08:47
978

PAŞİNYAN BAKIYA GƏLƏCƏK?-politoloqdan SON DƏQİQƏ açıqlaması

PAŞİNYAN BAKIYA GƏLƏCƏK?-politoloqdan SON DƏQİQƏ açıqlaması

09/10/2026 17:35
983

Qərbi Azərbaycan: Xoşkotan kəndi

Qərbi Azərbaycan: Xoşkotan kəndi

09/10/2026 08:25
975

Melonidən seçki gedişi: İtaliyada qaydalar dəyişdi

Melonidən seçki gedişi: İtaliyada qaydalar dəyişdi

08/10/2026 15:25
965

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.