Rusiya prezidenti Vladimir Putin Kiyevdə Amerika danışıqlarının hazırlanması və keçirilməsi ilə əlaqədar olaraq gecə yarısından başlayaraq Ukraynaya hücumları dayandırıb.
Gündəm24.az xəbər verir ki, bunu Rusiya prezidentinin sözçüsü Dmitri Peskov bildirib.
“Həqiqətən də, belə bir məlumat Ukrayna tərəfindən alınıb. Rusiya Prezidenti, Ali Baş Komandan Putin bu gün gecə yarısından etibarən Kiyevə üç gün ərzində zərbə endirməməyi tapşırıb. Bu, Kiyevdə Amerika təmaslarının hazırlanması və keçirilməsi ilə bağlıdır”, – deyə o bildirib.














