Novxanı–Sumqayıt yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Gündəm24.az xəbər verir ki, hadisə zamanı bir neçə avtomobil toqquşub. Qəza nəticəsində BYD markalı minik avtomobilinə ciddi ziyan dəyib. Avtomobilin ön hissəsi tamamilə dağılıb.
İlkin məlumata görə, qəza zamanı yaralananlar var. Hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub.
Qəza səbəbindən yolda nəqliyyatın hərəkətində çətinlik yaranıb.
Hadisənin təfərrüatları dəqiqləşdirilir.















