Neftçala rayonunda bədbəxt hadisə baş verib.
Gündəm24.az xəbər verir ki, hadisə rayonun Pirətəvan adlanan ərazisində qeydə alınıb.
İlkin məlumata görə, rayonun Həsənabad qəsəbə sakini, 3 yaşlı uşaq velosipedlə hərəkətdə olarkən traktorun qoşqusunun altında qalıb.
O, aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır./Oxu.az













