Cümə, Oktyabr 16, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Sumqayıtda şəhid Rüfət Əhmədzadənin xatirəsinə həsr olunan “25-ci Payız” sərgi-tədbiri keçirilib-FOTOLAR

16/10/2026 19:02
Manşet, Özəl, Qərbi Azərbaycan
796 51
Sumqayıtda şəhid Rüfət Əhmədzadənin xatirəsinə həsr olunan “25-ci Payız” sərgi-tədbiri keçirilib-FOTOLAR
701
Paylaşım sayı
973
Baxış sayı

Gündəm24.az xəbər verir ki, oktyabrın 15-də Sumqayıt şəhərindəki Heydər Əliyev Mərkəzində 44 günlük Vətən müharibəsi şəhidi Rüfət Əbülfət oğlu Əhmədzadənin anadan olmasının 25 illiyinə həsr olunmuş “25-ci Payız” adlı sərgi-tədbiri keçirilib.

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin, Qərbi Azərbaycan İcmasının və Sumqayıt Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə şəhidin şəxsi əşyaları, fotoşəkilləri və xatirələri ictimaiyyətə təqdim olunub.

Tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Tərlan Hacızadə, millət vəkilləri Mehriban Vəliyeva və Səbinə Salmanova, Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin nümayəndəsi Bayram Cəfərov, Qərbi Azərbaycan İcmasının Sumqayıt nümayəndəliyinin sədri Ramiz İsmayılov, Sumqayıt Dövlət Rəsm Qalereyasının direktoru Ellada Həsənova, şəhidin anası Ruhiyyə Əhmədzadə, yazıçı Elbrus Qayalı, UTEF Antalya və Azərbaycanın rəsmi təmsilçisi Raifə Sərxanqızı, 31 saylı məktəbin direktoru Leyla Əliyeva, Türkiyəli yazıçı Fatma Özər Bilgiç və digər qonaqlar iştirak ediblər.

Tədbirdə ilk olaraq Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Tərlan Hacızadə çıxış edib. O, şəhidlərin xatirəsinin yaşadılmasının, onların ailələrinə diqqət və qayğı göstərilməsinin vacibliyindən danışıb. Bildirilib ki, Vətən müharibəsində qazanılan tarixi Zəfərin arxasında xalqımızın birliyi, əsgər və zabitlərimizin qəhrəmanlığı, şəhidlərimizin fədakarlığı dayanır. Şəhidlərin həyat yolunun gənc nəslə çatdırılması, onların ailələrinin daim diqqətdə saxlanılması və qəhrəmanlıqlarının unudulmaması mühüm mənəvi məsuliyyətdir.

Daha sonra millət vəkili Mehriban Vəliyeva çıxış edib. O, şəhidlərin həyat hekayələrinin gələcək nəsillərə çatdırılmasının əhəmiyyətini vurğulayıb. Qeyd olunub ki, belə sərgilər şəhidlərin yalnız döyüş yolunu deyil, onların ailə həyatını, arzularını, doğmaları ilə bağlı xatirələrini də yaşatmağa imkan verir. Fotoşəkillər vasitəsilə keçmişin unudulmaz anları yenidən canlanır, şəhidlərin əziz xatirəsi cəmiyyətin yaddaşında daha da möhkəmlənir.

Millət vəkili Səbinə Salmanova da çıxışında şəhid ailələrinə göstərilən diqqət və qayğının əhəmiyyətindən danışıb. O vurğulayıb ki, şəhidlərimizin xatirəsini yaşatmaq, onların ailələrinə mənəvi dəstək olmaq, qəhrəmanlıq tariximizi gənc nəslə çatdırmaq hər birimizin borcudur. Belə tədbirlər gənclərdə vətənpərvərlik hisslərinin güclənməsinə, milli-mənəvi dəyərlərin qorunmasına və şəhidlərimizin adlarının daim ehtiramla anılmasına xidmət edir.

Tədbirdə çıxış edən Qərbi Azərbaycan İcmasının Sumqayıt nümayəndəliyinin sədri Ramiz İsmayılov şəhid Rüfət Əhmədzadənin əziz xatirəsini ehtiramla yad edib. O, Vətən uğrunda canından keçən qəhrəmanların xalqımızın yaddaşında əbədi yaşayacağını bildirib. Ramiz İsmayılov qeyd edib ki, şəhidlərin xatirəsinin yaşadılması yalnız onların adlarını anmaqla məhdudlaşmır, həm də ailələrinə hörmət göstərmək, onların həyat hekayələrini gələcək nəsillərə çatdırmaq və Vətənin qədrini bilmək deməkdir.

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin nümayəndəsi Bayram Cəfərov və Sumqayıt Dövlət Rəsm Qalereyasının direktoru Ellada Həsənova da tədbirdə çıxış ediblər. Çıxışlarda mədəniyyət vasitəsilə tarixi yaddaşın qorunmasının, şəhidlərin həyat yolunun foto və sənət nümunələri ilə ictimaiyyətə çatdırılmasının əhəmiyyəti diqqətə çatdırılıb. Qeyd olunub ki, “25-ci Payız” sərgisi şəhidin xatirəsinin yaşadılması ilə yanaşı, cəmiyyətin milli-mənəvi dəyərlərə bağlılığının ifadəsidir.

Tədbirdə şəhidin anası Ruhiyyə Əhmədzadə da iştirak edib. O, övladının xatirəsinə göstərilən ehtirama, sərginin təşkilinə və tədbirə qatılan qonaqlara minnətdarlığını bildirib. Şəhid anası üçün oğlunun adının hörmətlə anılması, həyatının unudulmaması və xatirəsinin gələcək nəsillərə çatdırılması böyük mənəvi əhəmiyyət daşıyır. Ruhiyyə xanım belə tədbirlərin şəhid ailələrinə mənəvi dayaq olduğunu və övladlarının cəmiyyət tərəfindən unudulmadığını göstərdiyini vurğulayıb.

Tədbir zamanı Ramiz İsmayılov şəhid anası Ruhiyyə Əhmədzadə 50 illik yubileyi münasibətilə təbrik edib. Ona Qərbi Azərbaycan İcmasının döş nişanı təqdim olunub və gül dəstəsi verilib. Bu diqqət şəhid ailəsinə göstərilən ehtiramın və mənəvi dəstəyin ifadəsi kimi dəyərləndirilib.

Sərgidə yazıçı Elbrus Qayalı, UTEF Antalya və Azərbaycanın rəsmi təmsilçisi Raifə Sərxanqızı, 31 saylı məktəbin direktoru Leyla Əliyeva və Türkiyədən gələn yazıçı Fatma Özər Bilgiç də çıxış ediblər. Çıxışlarda şəhidlərin xatirəsinin yaşadılmasının, ədəbi-bədii və mədəni tədbirlər vasitəsilə qəhrəmanlıq tariximizin təbliğinin vacibliyi vurğulanıb. Azərbaycan və Türkiyə arasında qardaşlıq münasibətləri, ortaq mənəvi dəyərlər və şəhidlərin xatirəsinə göstərilən ehtiram da diqqətə çatdırılıb.

Tədbir sərgiyə baxış ilə davam edib. İştirakçılar təqdim olunan çıxışları maraqla qarşılayıblar. Sonda sərgiyə baxış keçirilib, xatirə fotoları çəkdirilib.

“25-ci Payız” sərgi-tədbiri şəhid Rüfət Əhmədzadənin həyat yolunun, şəxsi əşyalarının və fotoşəkillərinin nümayişi vasitəsilə onun əziz xatirəsinin yaşadılmasına, şəhid ailəsinə ehtiram göstərilməsinə və qəhrəmanlıq tariximizin gələcək nəsillərə çatdırılmasına xidmət edib.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Gündəm24.az

Qərbi Azərbaycan İcması Sumqayıt Nümayəndəliyi

Ramiz İsmayılov

Oxşarxəbərlər

“Bizim öz yolumuz var” – İlham Əliyev
Manşet

“Bizim öz yolumuz var” – İlham Əliyev

16/10/2026 20:08
951
4 gün ardıcıl iş olmayacaq – TARİXLƏR
CƏMİYYƏT

4 gün ardıcıl iş olmayacaq – TARİXLƏR

16/10/2026 19:58
952
23 il sonra yenidən duet oxuyacaqlar
Manşet

23 il sonra yenidən duet oxuyacaqlar

16/10/2026 19:40
954
Prezidentdən ŞAD XƏBƏR: Hər kəsin gözlədiyi sərəncam İMZALANDI
Manşet

Prezidentdən ŞAD XƏBƏR: Hər kəsin gözlədiyi sərəncam İMZALANDI

16/10/2026 19:38
952
Prezident paralimpiya hərəkatının iştirakçılarını təbrik etdi
Manşet

Prezident paralimpiya hərəkatının iştirakçılarını təbrik etdi

16/10/2026 19:30
952
Kəşmirdə gərginlik – Pakistan və Hindistan yenə söz duelinə çıxıb
Dünya

Kəşmirdə gərginlik – Pakistan və Hindistan yenə söz duelinə çıxıb

16/10/2026 19:27
953

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

“Bizim öz yolumuz var” – İlham Əliyev

“Bizim öz yolumuz var” – İlham Əliyev

16/10/2026 20:08
951
4 gün ardıcıl iş olmayacaq – TARİXLƏR

4 gün ardıcıl iş olmayacaq – TARİXLƏR

16/10/2026 19:58
952
23 il sonra yenidən duet oxuyacaqlar

23 il sonra yenidən duet oxuyacaqlar

16/10/2026 19:40
954
Prezidentdən ŞAD XƏBƏR: Hər kəsin gözlədiyi sərəncam İMZALANDI

Prezidentdən ŞAD XƏBƏR: Hər kəsin gözlədiyi sərəncam İMZALANDI

16/10/2026 19:38
952

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Sumqayıtda şəhid Rüfət Əhmədzadənin xatirəsinə həsr olunan “25-ci Payız” sərgi-tədbiri keçirilib-FOTOLAR

Sumqayıtda şəhid Rüfət Əhmədzadənin xatirəsinə həsr olunan “25-ci Payız” sərgi-tədbiri keçirilib-FOTOLAR

16/10/2026 19:02
973

Qərbi Azərbaycanın Tayçarıq kəndi — tarixi və keçmişi

Qərbi Azərbaycanın Tayçarıq kəndi — tarixi və keçmişi

16/10/2026 08:14
1k

QƏRBİ AZƏRBAYCANIN UNUDULMAYAN YURDU — AVDALAR KƏNDİ

QƏRBİ AZƏRBAYCANIN UNUDULMAYAN YURDU — AVDALAR KƏNDİ

15/10/2026 08:07
965

Ankarada taksi sürücüsü sərnişini güllələdi: Ağır yaralanan var

Ankarada taksi sürücüsü sərnişini güllələdi: Ağır yaralanan var

14/10/2026 09:37
980

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.