Cümə, Oktyabr 23, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Gələn il kimlərin maaşı artacaq?

23/10/2026 21:37
İqtisadiyyat, Manşet
819 8
Gələn il kimlərin maaşı artacaq?
685
Paylaşım sayı
951
Baxış sayı

027-ci ildə Azərbaycanda əməkhaqlarının artırılması məsələsi gündəmdədir. Minimum əməkhaqqının yüksəldilməsi ilə bağlı gözləntilər xüsusilə aşağı gəlirli işçilər və dövlət büdcəsindən maliyyələşən sahələrdə çalışanlar üçün maraq doğurur.

Bəs gələn il maaş artımı hansı sahələri əhatə edə bilər və işçilərin əməkhaqları nə qədər yüksələ bilər?

Gündəm24.az  bildirir ki, iqtisadçı Asif ibrahimov Demokrat.az-a açıqlamasında bildirib ki, 2027-ci ildə Azərbaycanda minimum əməkhaqqının, pensiyaların və sosial müavinətlərin artırılması gözlənilir.

Onun sözlərinə görə, Prezidentin 2026-cı ilin oktyabrında verdiyi açıqlama bu istiqamətdə qərarların nəzərdə tutulduğunu göstərir:

“Lakin artımın konkret məbləği, faizi və hansı işçi qruplarına şamil ediləcəyi hələ müəyyənləşdirilməyib. Amma düşünürəm ki, bu artım illik inflyasiya həddinə uyğun müəyyənləşdiriləcək. İlkin olaraq minimum əməkhaqqı alanlar, pensiyaçılar və sosial müavinət alanlar artımdan faydalana biləcək. Büdcədən maliyyələşən müəllimlər, həkimlər və digər dövlət işçilərinin əməkhaqlarına dəyişiklik isə ayrıca qərarlardan asılı olacaq.

Əsas narahatlığımız maaşların artırılması yox, bu artımların hansı iqtisadi şəraitdə həyata keçirilməsidir. Hazırki, iqtisadi modellə əmək haqqı nə qədər artırılsa xərclər, məhsul və xidmətlərin maya dəyəri paralel olaraq artacaq. Azərbaycanda iqtisadiyyatın məhsuldarlığını, yerli istehsalın rəqabət qabiliyyətini və biznesin gəlir imkanlarını gücləndirən mexanizmlər kifayət qədər səmərəli deyil. İstehsalçı yüksək xammal, enerji, logistika və digər əməliyyat xərcləri ilə üzləşir. Belə şəraitdə əməkhaqqının artması müəssisənin maya dəyərini də yüksəldir. Əgər məhsuldarlıq və satış gəlirləri eyni sürətlə artmırsa, sahibkar ya qiymətləri qaldırmalı, ya mənfəətindən imtina etməli, ya da işçi sayını azaltmalıdır.

Bu proses xüsusilə kiçik və orta biznes üçün təhlükəlidir. Məsələn, bir müəssisənin əməkhaqqı fondu ayda 10 min manatdırsa və əməkhaqları 10 faiz artırılırsa, işəgötürənin aylıq əməkhaqqı xərci 11 min manata yüksəlir. Burada əlavə sosial sığorta və digər əməkhaqqı ilə bağlı ödənişlər nəzərə alınmayıb. İllik əlavə yük isə ən azı 12 min manat təşkil edir. Eyni zamanda müəssisənin digər xərcləri də artırsa, qiymət artımından qaçmaq daha da çətinləşir. Nəticədə maaş artımından əldə edilən gəlirin bir hissəsi bahalaşma vasitəsilə yenidən əhalinin cibindən çıxır.

Dövlət büdcəsindən maaş alan işçilərin əməkhaqlarının artırılması da əlavə maliyyə mənbəyi tələb edir. 2027-ci il üçün dövlət büdcəsinin gəlirləri təxminən 39,25 milyard manat, xərcləri isə 42,4 milyard manat proqnozlaşdırılır. Bu, təxminən 3,15 milyard manat büdcə kəsiri deməkdir. Belə bir şəraitdə əməkhaqlarının artırılması daimi büdcə xərclərini yüksəldir. Əgər əlavə gəlirlər iqtisadiyyatın real inkişafı hesabına yaranmırsa, dövlət digər xərcləri azaltmalı, yeni maliyyə mənbələri tapmalı və ya borclanma imkanlarından istifadə etməlidir.

Ən ciddi problem iqtisadiyyatın bu artımları daşımaq qabiliyyətidir. İqtisadi artımın 2027-ci ildə 2,7 faiz, qeyri-neft sektorunda isə 4,4 faiz proqnozlaşdırılması fonunda əsas diqqət istehsalın keyfiyyətinə, yeni iş yerlərinin yaradılmasına və əmək məhsuldarlığının yüksəldilməsinə yönəlməlidir. Əgər iqtisadiyyat daha çox məhsul istehsal etmir, daha yüksək əlavə dəyər yaratmır və biznesin rəqabət gücü artmırsa, gəlirlərin yüksəldilməsi uzunmüddətli maliyyə sabitliyini təmin etmək üçün kifayət etmir.

İqtisadiyyatın xərclərini artırıb gəlir yaradan mexanizmlərini zəif saxlamaqla dayanıqlı rifah qurmaq mümkün deyil. İllərlə iqtisadiyyatın struktur problemləri həll olunmayıbsa, istehsalçının xərcləri yüksəkdirsə, idxaldan asılılıq davam edirsə və regionlarda rəqabət qabiliyyətli biznes formalaşmırsa, bu model ölkənin iqtisadi imkanlarını tükəndirir.

2027-ci ildə maaş artımı həyata keçiriləcəksə, bu, real iqtisadi hesablamalara əsaslanmalıdır. Minimum əməkhaqqı inflyasiyanı, yaşayış xərclərini və əmək məhsuldarlığını nəzərə alan mexanizmlə müəyyənləşdirilməli, dövlət sektorunda əməkhaqqı siyasəti büdcənin uzunmüddətli imkanları ilə uzlaşdırılmalıdır. Özəl sektorda isə istehsalçının xərclərini azaldan, rəqabəti gücləndirən və investisiyaları təşviq edən addımlar atılmalıdır.

Əhalinin gəlirlərini artırmaq vacibdir. Ancaq bunun davamlı yolu yalnız maaşları yüksəltməkdən keçmir. İnsanların daha yüksək maaşla yanaşı, həmin maaşla daha çox mal və xidmət ala bilməsi üçün iqtisadiyyatın özü güclənməlidir. Əks halda, nominal gəlirlər artacaq, xərclər böyüyəcək, qiymətlərə təzyiq güclənəcək və əhalinin real rifahında gözlənilən nəticə əldə olunmayacaq”.

Oxşarxəbərlər

Vurulan gəmidə sağ qalan azərbaycanlıların fotosu yayıldı
Dünya

Vurulan gəmidə sağ qalan azərbaycanlıların fotosu yayıldı

23/10/2026 21:49
951
Etdiyi yaxşılığı ömür boyu başa qaxan 4 bürc
Manşet

Etdiyi yaxşılığı ömür boyu başa qaxan 4 bürc

23/10/2026 21:13
952
Şərurda anbarda dəhşətli hadisə: Ölü və yaralı var
Hadisə

Şərurda anbarda dəhşətli hadisə: Ölü və yaralı var

23/10/2026 19:50
951
Baş nazir qərar imzaladı
CƏMİYYƏT

Baş nazir qərar imzaladı

23/10/2026 19:43
951
“20 Sentyabr” stansiyası bu tarixdə istifadəyə veriləcək
CƏMİYYƏT

“20 Sentyabr” stansiyası bu tarixdə istifadəyə veriləcək

23/10/2026 19:18
951
Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? – Rayonlara görə…
İqtisadiyyat

Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? – Rayonlara görə…

23/10/2026 19:00
951

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Vurulan gəmidə sağ qalan azərbaycanlıların fotosu yayıldı

Vurulan gəmidə sağ qalan azərbaycanlıların fotosu yayıldı

23/10/2026 21:49
951
Gələn il kimlərin maaşı artacaq?

Gələn il kimlərin maaşı artacaq?

23/10/2026 21:37
951
Etdiyi yaxşılığı ömür boyu başa qaxan 4 bürc

Etdiyi yaxşılığı ömür boyu başa qaxan 4 bürc

23/10/2026 21:13
952
Şərurda anbarda dəhşətli hadisə: Ölü və yaralı var

Şərurda anbarda dəhşətli hadisə: Ölü və yaralı var

23/10/2026 19:50
951

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Vartana kəndi – Qərbi Azərbaycanın unudulmayan yurdu

Vartana kəndi – Qərbi Azərbaycanın unudulmayan yurdu

23/10/2026 08:42
965

Qondaxsaz kəndi – Qərbi Azərbaycanın qədim yurd yerlərindən biri

Qondaxsaz kəndi – Qərbi Azərbaycanın qədim yurd yerlərindən biri

22/10/2026 08:21
956

Göyçənin qədim yurdu Abdalağalı: Tarixin yaddaşında yaşayan kənd

Göyçənin qədim yurdu Abdalağalı: Tarixin yaddaşında yaşayan kənd

21/10/2026 08:10
961

Sumqayıtda Şəhid Rüfət Əhmədzadənin Anım Tədbiri Keçirilib-FOTOLAR

Sumqayıtda Şəhid Rüfət Əhmədzadənin Anım Tədbiri Keçirilib-FOTOLAR

20/10/2026 18:58
971

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.