Saat 11:33
Sumqayıt-Novxanı yolunda tüstülənən 123 saylı sərnişin avtobusundakı sərnişinlər xəsarət almayıb.
Daşıyıcı şirkətdən Sumqayit24.az-a bildirilib ki, texniki nasazlıq səbəbindən avtobusda tüstülənmə olub.
Sərnişinlər arasında xəsarət alan yoxdur. Onlar üçün xətdən dərhal başqa avtobus ayrılıb. Nasaz avtobus xətdən kənarlaşdırılıb.
Sumqayıt-Novxanı avtomobil yolunda sərnişin avtobusu tüstülənib.
Sumqayit24.az xəbər verir ki, sərnişinlərin sözlərinə görə, 123 saylı xətt üzrə işləyən avtobus hərəkətdə olarkən qəfil tüstülənməyə başlayıb.
Vəziyyəti görən sərnişinlər dərhal avtobusdan düşərək ərazidən uzaqlaşıblar.













