Şənbə, Noyabr 21, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

“Qara cümə”də kim qazanır: mağazalar, yoxsa alıcılar?

21/11/2026 17:13
CƏMİYYƏT, Manşet
786 41
“Qara cümə”də kim qazanır: mağazalar, yoxsa alıcılar?
685
Paylaşım sayı
951
Baxış sayı

Hər il noyabr ayında keçirilən “Qara cümə” (Black Friday) endirim kampaniyaları alıcıların böyük marağına səbəb olur. Mağazaların 30, 50, hətta 70 faizlik endirim vədləri istehlakçıları alış-verişə təşviq etsə də, bu kampaniyaların nə dərəcədə sərfəli olması suallar doğurur. Xüsusilə bəzi məhsulların qiymətlərinin əvvəlcədən süni şəkildə artırılması, daha sonra isə endirim adı altında satışa çıxarılması ehtimalı istehlakçıların narahatlığına səbəb olur.

Bəs “Qara cümə” həqiqətən qənaət etmək üçün əlverişli fürsətdir, yoxsa alıcıları daha çox pul xərcləməyə sövq edən marketinq strategiyası? Vətəndaşlar saxta endirimlərdən necə qoruna bilərlər?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı Xalid Kərimli bildirib ki, “Qara cümə” kampaniyaları şirkətlərin könüllü şəkildə həyata keçirdiyi marketinq aksiyalarıdır və əsas məqsəd satış həcmini artırmaqdır.

Ekspertin sözlərinə görə, sahibkarlar bu kampaniyalarda iştirak etməklə həm yeni müştərilər qazanmağa, həm də bazardakı mövqelərini gücləndirməyə çalışırlar:

“Qara cümə şirkətlərin könüllü satış kampaniyasıdır. Heç bir sahibkarın bu aksiyada iştirak etmək məcburiyyəti yoxdur. Şirkətlər öz marketinq və bazar strategiyalarına uyğun olaraq endirimlər elan edirlər. Burada əsas məqsəd yeni müştərilərin cəlb edilməsi, şirkətin tanınmasının artırılması, əvvəlki mövsümlərdən qalan məhsulların satılması və anbarların boşaldılmasıdır. Eyni zamanda, müəssisələr bu yolla satış dövriyyəsini artırmağa çalışırlar”.

İqtisadçı qeyd edib ki, böyük endirimlərin maliyyələşdirilməsi də şirkətlərin əvvəlcədən müəyyənləşdirdiyi strategiyanın tərkib hissəsidir.

“Adətən şirkətlər ilin əvvəlindən marketinq büdcələrində bu cür kampaniyalar üçün müəyyən vəsait nəzərdə tuturlar. Digər tərəfdən, qısa müddətdə satış həcminin kəskin artırılması sabit xərclərin məhsul vahidinə düşən payını azaltmağa və daha çox mənfəət əldə etməyə imkan yarada bilər. Buna görə də “Qara cümə” kampaniyaları uzunmüddətli deyil, əsasən bir neçə günlük satış aksiyası şəklində həyata keçirilir”.

Xalid Kərimli vurğulayıb ki, endirim kampaniyaları istehlakçılar üçün də real qənaət imkanı yarada bilər. Lakin əsas şərt alınan məhsulun həqiqətən ehtiyaca uyğun olmasıdır.

“Alıcılar bu fürsətlərdən düzgün istifadə etməlidirlər. Əgər vətəndaş ehtiyacı olan keyfiyyətli məhsulu daha münasib qiymətə əldə edirsə, bu, onun üçün əlverişli imkandır. Ancaq endirim adı altında satılan məhsulun keyfiyyəti və qanunvericiliyin tələblərinə uyğunluğu mütləq təmin edilməlidir. Məhsulun qiymətinin aşağı salınması onun istifadə müddətinin keçməsinə və ya keyfiyyət standartlarına cavab verməməsinə haqq qazandırmır”.

Ekspert bildirib ki, belə kampaniyalar yalnız şirkətlər və istehlakçılar üçün deyil, ümumilikdə iqtisadi fəallıq baxımından da əhəmiyyət daşıyır.

Onun sözlərinə görə, əhalinin alış-verişə yönəltdiyi vəsaitin artması ticarət dövriyyəsini canlandırır, müəssisələrin gəlirlərinin yüksəlməsinə və gələcək investisiya imkanlarının genişlənməsinə şərait yaradır.

“Şirkətlərin satışının, dövriyyəsinin və gəlirliliyinin artması iqtisadiyyat üçün vacibdir. Müəssisələrin maliyyə imkanları genişləndikcə yeni investisiyalara və digər xərclərə vəsait ayırmaq imkanları da artır. Lakin unutmaq olmaz ki, “Qara cümə” kommersiya məqsədli kampaniyadır. Heç bir şirkət bu prosesə bilərəkdən zərər etmək üçün qoşulmur. Həm sahibkar, həm də istehlakçı öz maraqlarına uyğun şəkildə kampaniyadan faydalanmağa çalışır”.

İqtisadçı xüsusi olaraq saxta endirimlər və istehlakçıların aldadılması məsələsinə diqqət çəkib.

O, bildirib ki, kampaniyaların keçirilməsi zamanı sahibkarlar qanunvericiliyin, o cümlədən haqsız rəqabətlə bağlı tələblərinə əməl etməlidirlər.

“Burada ən vacib məsələ “Qara cümə” adı altında vətəndaşların aldadılmasına yol verilməməsidir. Sahibkarlar Rəqabət Məcəlləsinin haqsız rəqabətlə bağlı tələblərini nəzərə almalıdırlar. Müvafiq dövlət qurumu tərəfindən bazarda monitorinqlər aparılır. İstehlakçıları yalan və aldadıcı məlumatlarla alış-verişə cəlb etmək qanun pozuntusudur”.

Beləliklə, “Qara cümə” kampaniyaları düzgün seçim edən alıcılar üçün qənaət imkanı yaratsa da, endirim faizlərinə aldanaraq ehtiyacdan artıq alış-veriş etmək ailə büdcəsinə əlavə yük gətirə bilər. İstehlakçıların məhsulun kampaniyadan əvvəlki qiymətini araşdırması, müxtəlif mağazaların təkliflərini müqayisə etməsi və alış-veriş üçün əvvəlcədən büdcə müəyyənləşdirməsi vacibdir.

Əsas məsələ endirimin neçə faiz olması deyil, məhsulun real bazar qiyməti ilə müqayisədə nə qədər sərfəli təklif edilməsidir.

Oxşarxəbərlər

Sərhəddə yeni dövlət qurulur – İranın Azərbaycan və Türkiyəyə qarşı GİZLİ PLANI
Manşet

Sərhəddə yeni dövlət qurulur – İranın Azərbaycan və Türkiyəyə qarşı GİZLİ PLANI

21/11/2026 18:10
951
Yeni Dehlidə Azərbaycan-Nepal mədəni əməkdaşlığı müzakirə olundu
Manşet

Yeni Dehlidə Azərbaycan-Nepal mədəni əməkdaşlığı müzakirə olundu

21/11/2026 17:57
951
Londonda İran HƏYƏCANI: Trampın yeni hücum planı Britaniyanı HƏRƏKƏTƏ KEÇİRDİ
Dünya

Londonda İran HƏYƏCANI: Trampın yeni hücum planı Britaniyanı HƏRƏKƏTƏ KEÇİRDİ

21/11/2026 17:52
951
Paşinyan Zəngəzur dəhlizinə də start verir və ya “nə oldu, Mirzoyan?!”
Dünya

Paşinyan Zəngəzur dəhlizinə də start verir və ya “nə oldu, Mirzoyan?!”

21/11/2026 17:50
951
Emil üç qızı ilə kamera qarşısına keçdi – FOTO
Manşet

Emil üç qızı ilə kamera qarşısına keçdi – FOTO

21/11/2026 17:37
951
“Vyetnam səfərimin nəticələrindən çox məmnunam” – VİDEO
Manşet

“Vyetnam səfərimin nəticələrindən çox məmnunam” – VİDEO

21/11/2026 17:05
951

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Sərhəddə yeni dövlət qurulur – İranın Azərbaycan və Türkiyəyə qarşı GİZLİ PLANI

Sərhəddə yeni dövlət qurulur – İranın Azərbaycan və Türkiyəyə qarşı GİZLİ PLANI

21/11/2026 18:10
951
Yeni Dehlidə Azərbaycan-Nepal mədəni əməkdaşlığı müzakirə olundu

Yeni Dehlidə Azərbaycan-Nepal mədəni əməkdaşlığı müzakirə olundu

21/11/2026 17:57
951
Londonda İran HƏYƏCANI: Trampın yeni hücum planı Britaniyanı HƏRƏKƏTƏ KEÇİRDİ

Londonda İran HƏYƏCANI: Trampın yeni hücum planı Britaniyanı HƏRƏKƏTƏ KEÇİRDİ

21/11/2026 17:52
951
Paşinyan Zəngəzur dəhlizinə də start verir və ya “nə oldu, Mirzoyan?!”

Paşinyan Zəngəzur dəhlizinə də start verir və ya “nə oldu, Mirzoyan?!”

21/11/2026 17:50
951

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
1991-ci il 20 noyabr Qarakənd faciəsinin 35-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib-VIDEO

1991-ci il 20 noyabr Qarakənd faciəsinin 35-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib-VIDEO

21/11/2026 12:56
953

Qərbi Azərbaycanın Ağzıbir kəndi – Göyçə gölünün sahilindəki qədim Azərbaycan yurdu

Qərbi Azərbaycanın Ağzıbir kəndi – Göyçə gölünün sahilindəki qədim Azərbaycan yurdu

20/11/2026 08:20
958

Qarakənd faciəsi- müstəqilliyin ağır sınaqları

19/11/2026 22:59
973

Qərbi Azərbaycanın Nərədüz kəndi – Göyçə mahalının qədim tarixi yaşayış məskəni

Qərbi Azərbaycanın Nərədüz kəndi – Göyçə mahalının qədim tarixi yaşayış məskəni

19/11/2026 08:58
962

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In